Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sosial şəbəkələrdə saxta adlarla təhqir və böhtanlara yol verənlər cəzalandırılacaq

Sosial şəbəkələrdə saxta adlarla təhqir və böhtanlara yol verənlər cəzalandırılacaq

24.11.2016 [10:01]

İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atmaya, təhqir etməyə görə adekvat cəzaların tətbiq olunması zəruridir
Müasir müstəqil Azərbaycan beynəlxalq miqyasda demokratik ölkə kimi tanınır. Buna paralel olaraq ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmi formalaşdırılıb. Hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Sadalananlara rəğmən, bir çox şəxslərin internet informasiya ehtiyatında saxta adlar və profillərdən istifadə edərək təhqir, böhtan xarakterli fikirlərə yer vermələri müqabilində adekvat cəzalar tətbiq olunmur, çünki bu istiqamətdə indiyə qədər qanunvericilikdə müəyyən boşluqlar mövcud olub. Amma təklif edilən yeni qanun layihələri bu cür hallarla mübarizədə qanunvericilik sahəsində boşluqların aradan qaldırılmasına xidmət edəcək. Belə ki, bir müddət öncə Azərbaycanın Baş Prokurorluğunda hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” sənədlər baş prokuror Zakir Qaralovun imzası ilə Milli Məclisə daxil olub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan həmin qanun layihələrində internet texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə hər bir Azərbaycan vətəndaşının, xüsusilə də Azərbaycan Prezidentinin şərəf və ləyaqətinin qorunmasının tənzimlənməsi, böhtan atma və ya təhqir etmə hallarında cəzaların sərtləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif olunan 148-1-ci maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə tətbiq olunacaq və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Bundan başqa, Cinayət Məcəlləsinə təklif olunan 323.1-1-ci maddədə isə Azərbaycan Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma hallarına görə cəzalar nəzərdə tutulur. Belə ki, internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək Azərbaycanın dövlət başçısının şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələmə və ya alçaltma törədildikdə bu əmələ görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. 323.2-ci maddəyə əsasən, eyni əməllər Azərbaycan Prezidentini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Qanun layihəsində qeyd olunur ki, bu cəzalar Azərbaycan Prezidentinin fəaliyyəti, habelə Onun rəhbərliyi altında yürüdülən siyasət haqqında tənqidi mülahizələrlə bağlı çıxışlara şamil edilmir.
Ekspertlərin qənaətincə, bəhs olunan bu layihələr olduqca mütərəqqi məzmunlu təklifləri özündə ehtiva edir. Bütövlükdə, bəhs olunan mütərəqqi məzmunlu təklifləri müzakirə predmetinə çevirən ekspertlər şərəf və ləyaqətin təhqir olunmasının qətiyyən yolverilməz olduğunu, saxta profillər vasitəsilə dövlət başçısının, ayrı-ayrı şəxslərin, dövlət adamlarının təhqir olunmasının qanunla qadağan edilməsinin vacibliyini vurğulayırlar.
Ümumiyyətlə bəllidir ki, informasiya resurslarının əhatə dairəsinin genişləndiyi, internet texnologiyalarının daha sürətlə inkişaf etdiyi bir dönəmdə bəhs olunan texnoloji vasitələrdən sui-istifadə hallarına rast gəlinir. Bəzi şəxslər saxta adlarla müxtəlif profil - səhifələr, hesablar yaratmaqla ayrı-ayrı şəxslərə qarşı təhqiramiz məlumatlar paylaşır və ya böhtan xarakterli informasiyaları dövriyyəyə buraxırlar. Bu isə hüquq pozuntusu olmaqla qanuna zidd əməl - hərəkət kimi çıxış edir. Bu səbəbdən zərurətdir ki, bu cür əməllərlə hüquq müstəvisində ciddi mübarizə aparılması üçün qanunvericilikdə mövcud olan boşluqlar aradan qaldırılsın. Məhz bəhs olunan layihələrin təklif edilməsi bu səbəbdən zəruri və mütərəqqi addım kimi səciyyələndirilir.
NURLAN

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31