Məktəblilər “Yeni Azərbaycan” qəzetinin qonağı olublar
20.05.2017 [08:13]
Dünən “Uniser” orta ümumtəhsil məktəbinin 7-ci və 8-ci sinif şagirdləri “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olublar. Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və qəzetin əməkdaşları ilə görüşdə şagirdlərə öncə qəzetin yaranma tarixi, həmçinin hazırkı fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, müstəqil Azərbaycan Respublikası üçün taleyüklü və mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir vaxtda- 1993-cü il aprelin 10-da ilk nömrəsi işıq üzü görən “Yeni Azərbaycan” qəzeti ötən 24 il ərzində böyük inkişaf yolu keçib, Ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətinin, həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasında ön sıralarda dayanıb. Bütövlükdə, “Yeni Azərbaycan” qəzeti geniş oxucu kütləsinə sahib olmaqla yanaşı, Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının mətbu orqanı kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.
Görüşdə o da vurğulanıb ki, “Yeni Azərbaycan” Azərbaycan cəmiyyətinin bütün sosial zümrələrinin müraciət etdiyi və cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələri ilə bağlı daim yazıların dərc olunduğu mətbu orqandır. “Yeni Azərbaycan”, eyni zamanda, həm peşəkar səviyyədə iqtisadi prosesləri təhlil edən, proqnozlaşdıran, həm də cəmiyyətdaxili siyasi prosesləri diqqətlə izləyən, təhlil edən, obyektiv nəticələrə gələn qəzetdir. Bildirilib ki, “Yeni Azərbaycan” ictimai-siyasi qəzet olsa da, onun fəaliyyət dairəsi idman, mədəniyyət, incəsənət və digər sahələri də ehtiva edir. Təsadüfi deyil ki, qəzetdə dərc edilən və müxtəlif məsələlərə fərqli və maraqlı yanaşmaları ehtiva edən informasiyalar, analitik məqalələr geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır.
Görüşdə çıxış edən “Uniser” orta ümumtəhsil məktəbinin müəlliməsi Umruzər Məmmədova qonaqpərvərliyə görə baş redaktor Hikmət Babaoğluna təşəkkürünü bildirib. O, bu görüşün şagirdlərin maariflənməsində və onların peşə seçimində faydalı olacağını xüsusi vurğulayıb. Daha sonra şagirdlər redaksiyada işin gedişatı ilə əyani tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

