Tovuzda seçki komissiyalarının üzvləri seçki prosesi ilə bağlı maarifləndiriliblər
15.03.2018 [09:56]
Prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyaları üçün martın 12-dən başlanan maarifləndirici treninq 105 saylı Tovuz seçki dairəsində də yüksək səviyyədə aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, treninqlər günün birinci və ikinci yarısında keçirilməklə hər gün 12 məntəqənin üzvləri üçün dairə seçki komissiyasının inzibati binasının iclas zalında təşkil olunub.
Martın 14-də keçirilən treninqdə 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Mahir Həsənov Mərkəzi Seçki Komissiyasının təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən yerlərdə keçirilən treninqlərdə iştirakçılar seçki prosesi barədə məlumatlandırılırlar. Komissiya üzvlərinə məntəqə seçki komissiyalarının hüquq və vəzifələri, seçkilərdə aşkarlıq, seçki prosesinin aparılma qaydaları, seçki nəticələrinin rəsmiləşdirilməsi mövzuları Seçki Məcəlləsi əsasında ətraflı izah olunub.
105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının treninq qrupunun üzvləri Rafiq Əliyev və Arzuman Əhmədov çıxış edərək prezident seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması prosesi və səsvermənin nəticələrinin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən danışıblar.
Treninqlər zamanı hər bir məntəqə seçki komissiyası üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.
Dairə seçki komissiyasının sədri Mahir Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri uğurla aparılır. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. 46 min 170 seçicisi olan dairə seçki komissiyasının ərazisində 40 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 109 nəfəri ilk dəfə səs verəcək gənclər, 8 nəfəri yaşı 100-dən yuxarı olan insanlardır. Məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib.
Qeyd edək ki, treninqlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

