KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
03.05.2018 [09:41]
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, birinci məsələ - Fondun jurnalist təşkilatları üçün keçirdiyi “Azərbaycan media məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularında müsabiqənin elanı barədə Fondun icraçı direktoru Vüqar Səfərli məlumat verib. O, jurnalist təşkilatları üçün təşkil olunan ənənəvi müsabiqənin mediada ədəbi dilin normalarının qorunması və kütləvi informasiya vasitələri əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət etdiyini bildirib. İcraçı direktor “Azərbaycanın media məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzularını əhatə edən müsabiqənin mayın 4-dən 22-dək keçiriləcəyini, hər istiqamət üzrə qalib olacaq təşkilata layihənin icrası üçün mərhələli şəkildə 20 min manat maliyyə vəsaitinin ayrılacağını bildirib.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Bəhruz Quliyev, İntiqam Hümbətov, Rasim Həsənov müsabiqənin kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunması, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aşkar olunaraq aradan qaldırılmasına xidmət edən maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Müzakirələrin sonunda müsabiqə elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.
Sonra icraçı direktor Vüqar Səfərli gündəlikdəki ikinci məsələ - Fondun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanı barədə məlumat verib. O bildirib ki, fərdi jurnalist yazıları müsabiqəsinin “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Ayaz Mirzəyev və Ramiz Əskər ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

