Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib
09.05.2018 [14:30]
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə və təşkilatlarında, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin və çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.
Rayon icra hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdikləri bu gecədə qeyd olunub ki, Ulu öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə Onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqlarında çalışanların, bir sözlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə Ulu öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.
Ümummilli liderin doğum günü ərəfəsində Onun əziz xatirəsinə ehtiram olaraq həm də ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Ulu öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” səsləndirilib.
Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti və İlahə Hüseynovanın dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

