Azərbaycan Uroloq və Androloqlarının XII Konqresi keçirilib
26.06.2018 [09:54]
Tədbir AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, Əməkdar elm xadimi Sudeif İmamverdiyevin 80 illik yubileyinə həsr olunub
İyunun 23-də Bakıda Azərbaycan Uroloq və Androloqlarının XII Konqresi keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən mütəxəssislər iştirak ediblər. Konqres AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Sudeif İmamverdiyevin 80 illik yubileyinə həsr olunub. Tədbirdə urologiya və andrologiya sahəsində son elmi nailiyyətlər, tibbi araşdırmalar təqdim olunub.
Konqresi giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü olan fitri istedada malik cərrah-həkimin nefroptozun, prostat vəzinin xoşxassəli hiperplaziyasının cərrahi müalicəsində, andrologiya sahəsində yeni əməliyyatların tətbiqində qazandığı uğurlardan, görkəmli uroloqun keçdiyi həyat yolundan, tibbin bu sahəsində tətbiq etdiyi yeniliklərdən danışıb. G.Gəraybəyli qeyd edib ki, professor Sudeif İmamverdiyev 2011-ci ildən Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının fəxri sədri, Uroloqlar Assosiasiyasının rəhbəri, Respublika Ağsaqqallar Şurasının sədr müavinidir. Bildirilib ki, S.İmamverdiyev 56 ildir ki, uroloq-cərrah kimi xalqımızın sağlamlığının keşiyində dayanıb. Yarım əsrdən artıqdır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Professor Sudeif İmamverdiyevin rəhbərliyi ilə indiyədək 20 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə edilib. Görkəmli uroloq 13 ixtira və səmərələşdirici təklifin, 4 dərslik, 10 monoqrafiya, 5 metodik və 6 dərs vəsaitinin müəllifidir. Ölkəmizdə uro-onkologiyada yeni istiqamət olan limfoqrafiya müayinəsinin ilk dəfə aparılması onun adı ilə bağlıdır. Professor ötən əsrin 70-ci illərindən başlayaraq böyrəklərin mərcanvarı və çoxlu daşları olan xəstəliklərinin müalicəsində, habelə uro-ginekologiya sahəsində tətbiq olunan bir sıra təklif və yeni müalicə metodlarının müəllifi kimi də tanınır.
Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, Türk Uroloji Dərnəyinin sədri, professor Alteş Kadıoğlu, 1 nömrəli Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və başqaları çıxış edərək həkim-cərrahı təbrik ediblər.
Tanınmış cərrah-uroloq Türk Uroloji Dərnəyinə fəxri üzv qəbul olunub.
Tədbirdə çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli yubilyarı təbrik edib, jurnalın Redaksiya Şurasının qərarı ilə Azərbaycanda elm, təhsil, səhiyyə sahələrinin inkişafına mühüm töhfələr bəxş edən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, səhiyyə elminə verdiyi dəyərli töhfələrə və dövlətçiliyin inkişafında müstəsna xidmətlərinə görə Sudeyif Bəşir oğlu İmamverdiyevə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Qüruru” Qızıl Ordenini təqdim edib.
Professor Sudeif İmamverdiyev əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, onun zəhmətini yüksək qiymətləndirən həmkarlarına, “Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə və konqres iştirakçılarına təşəkkürünü bildirib. Azərbaycanın hazırda dinamik inkişaf yolunda olduğunu deyən S.İmamverdiyev müstəqil ölkəmizin inkişafının əsasının Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Professor qeyd edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın başının üstünü almış təhlükələrdən xilas edərək ölkəmizi inkişaf yoluna çıxardı. Bu gün isə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan inkişaf baxımından dünyanın ən öndə gedən ölkələri sırasındadır. Onun sözlərinə görə, hazırda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də böyük inkişaf müşahidə olunur.
Sonra görkəmli uroloqun həyat yolundan bəhs edən “İnsanlığın sağlamlığında duran ömür” filmi nümayiş olunub.
Konqresdə iştirak edən elm adamları, xarici ölkələri təmsil edən ziyalılar və başqaları ayrı-ayrı uroloji problemlər, onların sağaldılması yolları, cərrahi əməliyyatlarda tətbiq edilən ən müasir üsullar barədə məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54

