“AzerTelecom” korporativ müştərilərə kiber hücumlardan müdafiə xidməti təqdim edir
28.06.2018 [09:42]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” korporativ müştərilərə kiber hücumlardan (DDOSS attack protection) müdafiə xidməti təklif edir. Qeyd edək ki, bu, şirkətin təqdim etdiyi internetin topdansatışı, ayrılmış kanal xidməti, beynəlxalq tranzit kimi xidmətlərlə bərabər, şirkətin daim təkmilləşən xidmət portfoliosuna daxildir.
Hazırda bütün dünya üzrə kiber hücumların geniş vüsət aldığı, xidmətdən normal istifadəyə ən müxtəlif maneələrin yaradıldığı şəraitdə belə hücumlardan qorunmaq mühüm əhəmiyyət kəsb edir. Belə ki, DDOS (A distributed denial of service - xidmətdən imtinaya gətirən hücumlar) veb-saytın, veb-serverin və digər şəbəkə resurslarının sabit fəaliyyətini pozmaq, çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir və sorğuların emalı üçün resurslar çatışmayanda bu, xidmətin dayanmasına və fəaliyyətin normal bərpası üçün izafi xərclərin yaranmasına gətirib çıxardır.
“AzerTelecom” şirkətinin xidmət portfoliosunda mövcud olan və müxtəlif müştərilərə təqdim edilən DDOS hücum əleyhinə müdafiə xidməti isə kiber hücumlar zamanı onların istifadə etdikləri xəttin müdafiəsini və internet xidmətinin istifadəçiyə maneəsiz çatdırılmasını təmin edir. DDOS hücum əleyhinə müdafiə müştərilərə təhlükəsiz formada internet xidmətindən istifadə etmək imkanı yaradır və onları bu tip hücumlar zamanı əlavə xərclərin çəkilməsindən azad edir. “AzerTelecom” kiber hücumların dünya miqyasında artdığı şəraitdə bu hücumlardan müdafiə xidmətini innovativ texnologiya əsasında 24/7 rejimində təqdim edir.
Qeyd edək ki, Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru “AzerTelecom” MMC 2008-ci ildən fəaliyyət göstərir və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

