/ / Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işini davam etdirib
Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işini davam etdirib
07.07.2018 [09:34]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans iyulun 6-da işini panel formatında davam etdirib. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı paneldə orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şəhərin fəal gəncləri, eləcə də YAP Şəhər Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər DQİDK-nın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, dünyada baş verən münaqişələrin bir hissəsi dini motivlidir. Dünyanın bir çox yerində müxtəlif dinlərin əxlaq normalarını, bəşəri və insani prinsiplərini nəzərə almayan, ədavəti yaymağa çalışan qruplar var. Diqqətə çatdırıb ki, son dövrlər bəzən dini dəyərlərlə dünyəvi dəyərlər məqsədli şəkildə qarşılaşdırılır, dünyəvilik anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. G.İsmayılov dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaq kimi arzuolunmaz halların yaratdığı fəsadlara da toxunub.
Azərbaycanın dini radikalizmin son dərəcə az yayıldığı ölkələr sırasında olduğunu deyən G.İsmayılov bunun səbəbini xalqımızın çoxəsrlik tolerant və dini dözümlülük kimi ənənələrə malik olması, dövlətin apardığı din siyasəti ilə əlaqələndirib.
Dini radikalizmlə mübarizə tədbirləri haqqında danışan sədr müavini bu istiqamətdə ən səmərəli metodlardan birinin dini maarifləndirmə olduğunu bildirib. G.İsmayılov dini həqiqətlərin insanlara düzgün çatdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31

