Azərbaycan-Fransız Universitetinə qəbul imtahanlarının nəticələri açıqlanıb
28.07.2018 [09:30]
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qaydada keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan 462 abituriyent UFAZ-a qəbul imtahanında iştirak edib. UFAZ-a qəbul imtahanında müvəffəqiyyət qazanmış abituriyentlərdən DİM-in keçirdiyi imtahanlarda ən aşağı bal toplamış abituriyentin 508 balı olub. Qəbul imtahanında iştirak edən 3 abituriyent DİM-in keçirdiyi imtahanlarda 695 bal toplayıb. UFAZ-ın tələbəsi olmaq hüququnu qazanmış tələbələrin DİM-in keçirdiyi imtahanlarda topladıqları orta bal 628,5-dir.
İyulun 25-də keçirilən qəbul imtahanında abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar. Tələbələrin bilikləri 100 ballıq şkala üzrə qiymətləndirilib. Ən yüksək nəticəni 72,5 bal göstərici ilə DİM-in keçirdiyi imtahanlarda 695 bal toplamış abituriyent qazanıb.
Qəbul imtahanlarında müvəffəqiyyət qazanmış abituriyentlər UFAZ-da təhsil almaq istədiklərini təsdiqlədikdən sonra bu təhsil ocağının tələbəsi statusunu qazanacaqlar. Qəbul imtahanlarında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqləməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.
İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını DİM-ə təqdim edəcək və onlar artıq digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər. Nəticələrdən qane olmayan abituriyentlər üçün iyulun 28-də apellyasiyaya müraciət etmək imkanı yaradılıb.
UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Əvvəlki illərlə müqayisədə bu il UFAZ-a qəbul imtahanında rekord sayda abituriyent iştirak edib. Hazırda UFAZ-da 283 tələbə təhsil alır.
Xatırladaq ki, UFAZ-da 4 ixtisas - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.
UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda, hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

