Azərbaycan Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib
21.08.2018 [09:14]
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.
Şuranın sədri Fəttah Heydərov təbrikində həmvətənlərimizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan, əsrlər boyu insanları həmrəyliyə, halallığa və paklığa səsləyən müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, xalqımızın və dövlətimizin tərəqqisi, əmin-amanlığı naminə edilən duaların, kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını diləyir.
Təbrikdə qeyd edilir ki, bu gün Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant Azərbaycanda Prezident İlham Əliyev tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daim yüksək qiymət verir, birlik və qardaşlıq dini olan İslam dininin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Bu səbəbdəndir ki, Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, şəhid Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilir.
Bildirilir ki, siyasi, iqtisadi və maliyyə böhranının, hərbi və silahlı qarşıdurmaların davam etdiyi müasir dünyada bəzi xarici qüvvələrin, qərəzli təşkilatların durmadan antiazərbaycan kampaniyası aparmasına baxmayaraq, ölkəmiz öz inkişaf tempini saxlayır, xalqımız təhlükəsizlik şəraitində yaşayır, respublikamızda sabitlik və tərəqqi hökm sürür. Müasir Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsi hökm sürür.
“İnanıram ki, vətəndaşlarımız sülh, əmin-amanlıq və bərabərlik rəmzi olan Qurban bayramı günlərində olduğu kimi hər zaman mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər”, - deyə təbrikdə vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

