Şəkili sənətkar 270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir
05.09.2018 [09:14]
Tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə 30 ilə yaxındır ki, Şəki sənətkarlarının misilsiz sənət ənənələrini böyük sevgi ilə davam etdirir, bu qədim el sənətini yaşadır. Şəbəkə sənətinin sirlərinə mükəmməl yiyələnən bu el sənətkarının əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir.
Hüseyn Hacımustafazadə yeni şəbəkələr hazırlamaqla yanaşı, qədim şəbəkə nümunələrini bərpa etmək, gələcək nəsillərə çatdırmaq məqsədi ilə də axtarışlar edir, Şəkinin qədim evlərindən tapdığı şəbəkə nümunələrinə yeni nəfəs verməyə çalışır. Hazırda Hüseyn usta 270 ilə yaxın yaşı olan qədim şəbəkə pəncərənin bərpası üzərində işlərə başlayıb.
Sənətkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, şəhərin “Otaq eşiyi” adlanan ərazisindəki qədim evdən götürülən bu şəbəkə pəncərənin şüşələri yaxşı vəziyyətdə qalsa da, taxta hissələri çürüyüb sıradan çıxıb. Onun sözlərinə görə, şəbəkə pəncərənin bərpası zamanı 1000-dən artıq detal və rəngli şüşədən istifadə olunacaq. Bütün taxta hissələr yenilənməlidir. Şəbəkənin bərpasına 3 ay vaxt lazımdır. “İstəyirəm ki, bu əsəri Parisdə təşkil olunacaq növbəti sərgidə nümayiş etdirim. Azərbaycanın, Şəkimizin necə qədim mədəni irsə malik olduğunu xaricdə də təbliğ edim, ölkəmizin mədəni dəyərlərinin tanıdılmasında mənim də zərrə qədər də olsa əməyim, zəhmətim olsun”, - deyə Hüseyn usta bildirib.
Xatırladaq ki, Hüseyn Hacımustafazadə ötən il də 270-ə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edib. Şəmsi və nəbati naxışlardan toxunan şəbəkənin hazırlanmasında 800-dək detal və rəngli şüşədən istifadə olunub. Bu əsər ilk dəfə cari ilin fevralında Moskva şəhərində, Rusiya Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgidə, daha sonra mayda Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günü çərçivəsində təşkil olunan sərgidə uğurla nümayiş etdirilib və böyük marağa səbəb olub.
Bərpa olunan qədim şəbəkənin özəllikləri barədə danışan Hüseyn usta deyib: “Qədim şəbəkə nümunələri ilə müasir şəbəkələr arasında xeyli fərq var. Qədim şəbəkələrdə İtaliyadan gətirilən rəngli şüşələrdən istifadə olunurdu. Qalınlığı 1 millimetr olan belə şüşələrlə işləmək ustalar üçün daha asan idi. Eşitdiyimə görə, vaxtilə Şəki xanı Hüseyn xan yerli sənətkarlar üçün İtaliyadan belə şüşələr gətirdib. Müasir şəbəkələrdə isə Rusiyadan gətirilən 3 millimetr qalınlığında zavod şüşələrindən istifadə edirik. Bu şüşələr bir az parıltılı olduğu üçün gözü qamaşdırır. Qədim şəbəkə nümunələrinə isə nə qədər çox baxsan da göz yorulmur. Ona görə də sənətsevərlər belə əsərlərə həmişə yüksək qiymət verirlər”.
Ümumiyyətlə, Hüseyn Hacımustafazadənin yaradıcılığında qədim şəbəkə nümunələrinin bərpası xüsusi yer tutur. Sənətkar Şəkinin məşhur tarixi-memarlıq abidələrindən olan Şəki xanlarının sarayının, “Yuxarı Karvansaray” mehmanxana kompleksinin, Şəkixanovların ev-muzeyinin, həmçinin Gəncə və Bərdə şəhərlərindəki qədim məscidlərin şəbəkə pəncərələrinin bərpasında da yaxından iştirak edib.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53

