Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10.10.2018 [08:41]
İclasda bir neçə hakimin səlahiyyətlərinə xitam verilib
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
İclasda çıxış edən Şuranın sədri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirildiyini vurğulayıb. Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərə toxunaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçiminin həyata keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılması üzrə əməli tədbirləri qeyd edib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlətimizin başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məhkəmə fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması üçün əlavə təsirli qəti tədbirlərin görülməsi, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən kobud qanun pozuntuları, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib.
Qeyd edilib ki, məhkəmə hakimiyyətinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq 800-dən çox hakimliyə namizədlə tam şəffaf şəraitdə müsabiqə keçirilib. Onlardan 108 nəfəri müsabiqəni, o cümlədən çoxmərhələli imtahanları və bir il müddətində davam etmiş təlim kurslarını, məhkəmələrdə, habelə Ankarada və Strasburqda - Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurub. Hakimliyə namizədlərin seçim qaydasına müvafiq olaraq, Məhkəmə-Hüquq Şurasında həmin namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılıb, onların ixtisaslaşmasının aparılması məqsədilə hər biri ilə fərdi qaydada söhbətlərin keçirilməsinə başlanılıb.
Bildirilib ki, bu hakimliyə namizədlər hesabına məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyətinin komplektləşdirilməsi hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.
İclasda, həmçinin hakimlər barədə intizam icraatlarına baxılaraq, qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda, 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

