Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir
13.11.2018 [09:18]
“Robokiper”ə qol vura bilənləri “Azercell”dən hədiyyə gözləyir
Sevindirici haldır ki, Azərbaycan dünyanın ən son texnoloji yeniliklərinin nümayiş olunduğu məkana çevrilib. Məşhur “Robot Sofiya”dan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə dünyanın ən sürətli qapıçısı “Robokiper” ölkəmizə gətiriləcək.
“Robokiper” cari il dekabr ayının 4-7-də “Azercell Telekom MMC”-nin baş sponsorluğu ilə baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında təqdim olunacaq.
“Robokiper” dünyanın ən bacarıqlı və sürətli qapıçısı hesab edilir. Alman alimlərinin bu ixtirası ultra-modern və unikal texnologiyaya əsaslanır. Buna görə də “Robokiper”ə qol vurmaq demək olar ki, mümkün deyil. Topa nə qədər sürətlə zərbə vurulsa da, “ağıllı qapıçı” həmin topu geri qaytarır, qapıdan keçməsinə imkan vermir. Mürəkkəb texnologiya qapıçının zərbəyə dərhal reaksiya verməsinə imkan yaradır. Dünyanın ən məşhur futbol komandalarının üzvləri “ağıllı qapıçı” ilə duelə çıxıb uduzublar. Hətta Messi, Neymar, Ronaldinyo kimi futbol ulduzları da “Robokiper”ə qol vura bilməyiblər.
İndi isə Azərbaycan klublarının tanınmış futbolçuları “Robokiper”ə qol vurmağa çalışacaqlar. Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, həmçinin “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan digər futbolçular “Robokiper”lə yarışacaqlar.
Azərbaycanlı futbolçularla yanaşı, sərginin iştirakçılarına da “Robokiper”lə yarışmaq təklif olunacaq. “Bakutel 2018” sərgisinin qonaqları və iştirakçıları bu bacarıqlı qapıçıya top vurmaqla güclərini sınaya bilərlər.
Sərgi zamanı “Robokiper”ə qalib gələnlər isə hədiyyə qazanacaqlar. Sərginin baş sponsoru “Azercell” şirkəti hər qol vuran oyun iştirakçısına 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr təqdim edəcək.
Bu maraqlı əyləncədə hər kəs - qadın və uşaqlar da daxil olmaqla istənilən şəxs iştirak edə bilər. “Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının fərqi yoxdur. Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” hər yerdə maraqla qarşılanır, insanlar “ağıllı qapıçı”ya qalib gəlmək üçün növbəyə dayanırlar.
Xatırladaq ki, gələn il mayın 29-da Olimpiya stadionunda UEFA Avropa Liqasının final matçı keçiriləcək. Məhz bu ərəfədə “Robokiper” texnologiyasının Bakıda nümayiş olunması gənclər arasında idmana, xüsusilə də futbola marağın artırılması məqsədinə xidmət edəcək.
“Azercell Telekom” MMC artıq 24-cü dəfədir ki, keçirilən “Bakutel” sərgisinin ən aktiv iştirakçısı və baş sponsorudur. Şirkət müxtəlif texnoloji yenilikləri ilk dəfə olaraq məhz “Bakutel” sərgisində nümayiş etdirib. Hər il “Bakutel”də məhz “Azercell”in stendi sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Şirkət tərəfindən “Bakutel” sərgisində canlı yayınlar, hədiyyəli oyun və viktorinalar, əyləncələr təşkil olunub.
Bu il də “Bakutel” sərgisində İKT sahəsinin ən qabaqcıl texnologiyaları nümayiş etdiriləcək, yeni biznes əlaqələrinin yaradılması üçün platforma ortaya qoyulacaq. Sərgi iştirakçıları isə maraqlı və əyləncəli vaxt keçirəcəklər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07

