Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
15.11.2018 [09:28]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın telekommunikasiya və innovasiya sahəsinə həsr olunan ən nüfuzlu tədbirlərində fəal iştirak edir.
“Bakcell”in baş icraçı direktoru Nikolai Beckers dünyanın aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri ilə birgə “Total Telecom Congress” beynəlxalq konfransında növbəti dəfə bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Böyük Britaniyanın London şəhərində 30-31 oktyabr tarixlərində keçirilmiş tədbir telekommunikasiya sənayesində strategiyanın hazırlanması, innovasiyaların tətbiq edilməsi və əməkdaşlığın qurulmasına həsr edilib.
Rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün tələb olunan korporativ strategiya və strukturun təkmilləşdirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində çıxış edən Nikolai Beckers, telekommunikasiya sahəsində baş rəqəmsal direktor vəzifəsinin rolunun artması, iş mühitinin proqram təminatı vasitəsilə təkmilləşdirilməsi, rəqəmsal investisiya strategiyaları, yeni əməliyyat modelləri, təcrübəli rəqəmsal xidmət təchizatçılarının məsləhətləri və daxili proseslərin avtomatlaşdırılması barədə danışıb. Paneldə həmçinin “Facebook”un sənaye lideri, texnologiya və telekommunikasiya üzrə direktoru Daniyel Auqsten, “Cable & Wireless” şirkətinin transformasiya üzrə baş direktoru Kristian Rotter, “OTE Group” şirkətinin transformasiya və topdan satış direktoru Yannis Konstantinidis iştirak edib.
Tədbir zamanı Bakcell şirkətinin baş icraçı direktoru “Total Telecom”un YouTube kanalı üçün geniş müsahibə verərək telekommunikasiya şirkətləri üçün rəqəmsal transformasiyanın faydası, müştəri təcrübəsi strategiyaları, təşkilati strukturunun dəyişdirilməsinin vacibliyi və Bakcell şirkətinin növbəti 12-24 ay üçün planları barədə danışıb.
“Bu gün rəqəmsallaşma bütün telekommunikasiya sahəsinin ən vacib mövzularındandır. Fikrimcə, effektiv şəkildə həyata keçirilməsi üçün rəqəmsal transformasiya təşkilatın ayrı-ayrı departamentlərində tətbiq edilməlidir. İlk növbədə, rəqəmsallaşdırma telekommunikasiya şirkətinin əsas fəaliyyət növləri və şəbəkədə başlanılmalıdır. Həmçinin, müştərilərlə təmas zamanı da rəqəmsal alətlərdən istifadə olunmalıdır ki, bu proses daha rahat və effektiv tərzdə həyata keçirilsin. Rəqəmsallaşma tələb edən digər sahə isə şirkətin mədəniyyətidir. Ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda şəbəkə və marketinq fəaliyyəti ilə paralel olaraq innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Operatorlar öz əsas fəaliyyət növündə effektiv olmaqla yanaşı daha çevik olmalıdırlar. Rəqəmsallaşma müştərilərin tələb və ehtiyaclarının daha effektiv və operativ şəkildə qarşılanmasında faydalı olacaq. Həmçinin, rəqəmsallaşma yeni bir düşüncə tərzi və təşkilatda çalışan əməkdaşların müasir yanaşmasını tələb edir. Bu isə o deməkdir ki, insanlar daha sərbəst olmalı və qarşılarına konkret məqsədlər qoyulmalıdır”, - deyə Nikolai Beckers bildirib.
Müsahibənin tam versiyasını bu linkdən istifadə etməklə “Total Telecom”un YouTube kanalında izləmək olar: http://bit.ly/bakcell
Nikolai Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Qərbi və Şərqi Avropa və Cənub-Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolai Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

