UNEC-də Türkiyə universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans keçirilib
16.11.2018 [10:06]
UNEC-də “UNEC və Türkiyə universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. UNEC-in təşkilatçılığı və Türk Dünyası Araşdırmaları Vəqfınin (TDAV) dəstəyi ilə keçirilən konfransda universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Cümhuriyyətinin gənclik və idman naziri Dr.Mehmet Muharrem Kasapoğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak və digər nüfuzlu qonaqlar iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandırıb. Türk dilində tədrisin TDAV-nin mərhum rəhbəri, professor Turan Yazqanın təşəbbüsü ilə yaradıldığına diqqət çəkən rektor həmçinin Türk Dünyası İqtisadiyyat Fakültəsinin (TUDİFAK) hədəflərindən söz açıb: “Hədəfimiz TUDİFAK-ın dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrilməsidir. Son hədəf isə fakültə bazasında yeni universitet yaradılması və türk dünyası gənclərinin həmin universitetdə təhsil almasına şərait yaratmaqdır”.
Fakültədə bu ildən yeni ixtisasların açıldığını bildirən rektor fakültəyə qəbulda ötən dövrlərlə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayının artdığını qeyd edib. Ə.Muradov TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayıb.
UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyindən söz açan rektor birgə dərsliklərin hazırlanması və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasının hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını bildirib.
Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasındakı münasibətlərdən söz açıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildirən səfir hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini deyib. Türkiyədə təhsil alan azərbaycanlıların sayının ildən-ilə artdığına diqqət çəkən səfir bu istiqamətdə universitetlərin əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb. “Hədəfimiz hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəlməsidir”, - deyən türkiyəli diplomat konfransın təşkilinin bu istiqamətdə əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən nazir Mehmet Muharrem Kasapoğlu Türkiyənin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini bildirib. İki qardaş ölkə arasında münasibətlərin təməlinin tarixi köklərlə bağlı olduğunu söyləyən M.Kasapoğlu Ümummilli lider Heydər Əliyevin bu münasibətlərin inkişafında əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın uğurlu hərtərəfli inkişafını qürurla izlədiyini xüsusi vurğulayaraq, hər iki dövlət arasında həyata keçirilən mühüm iqtisadi layihələrdən söz açıb.
Millət vəkili Şamil Ayrım professor Turan Yazqanın elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edib. Mərhum Turan Yazqanın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsində böyük xidmətlər göstərdiyini bildirən millət vəkili məhz belə gənclərin sayəsində Azərbaycanla bərabər, Türkiyənin də problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunacağına əminliyini bildirib.
İstanbul Universitetinin rektoru, professor Mahmud Ak isə mərhum professor Turan Yazqanın həyat və fəaliyyətindən bəhs edib. Çıxışında onun Türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyinə diqqət çəkən rektor, bu siyasətin əsas məqsədinin türk dünyasını birləşdirmək olduğunu bildirib.
Konfransda Bakı Atatürk Liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib.
Beynəlxalq konfrans “UNEC və Türkiyə universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri” mövzusunda panel müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08

