Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fərid Cəfərov: Gənclər Fondunun xüsusi məşğulluq proqramında könüllülük fəaliyyətinə də üstünlük veriləcək

Fərid Cəfərov: Gənclər Fondunun xüsusi məşğulluq proqramında könüllülük fəaliyyətinə də üstünlük veriləcək

08.12.2018 [10:07]

Gələn ildən Azərbaycan Respublikası Gənclər Fondunun xüsusi məşğulluq proqramı həyata keçiriləcək. Bu proqramı iş təcrübəsi olmayan və iş tapmaqda çətinlik çəkən gənclərin işə cəlb edilən zaman əməkhaqlarının bir il müddətində qismən Gənclər Fondu tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov dekabrın 7-də jurnalistlərə müsahibəsində deyib.
F.Cəfərov bu proqrama cəlb ediləcək gənclər arasında könüllülük fəaliyyəti ilə məşğul olanlara da xüsusi üstünlük veriləcəyini vurğulayıb. Bildirib ki, Gənclər Fondu könüllülərin məşğulluğunun təmin olunması ilə bağlı könüllülük fəaliyyəti göstərən digər təşkilatlarla birlikdə xüsusi proqramlar həyata keçirməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31