“AgTech and Green Energy” Beynəlxalq Forumu başa çatıb
13.12.2018 [10:07]
Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə keçirilən “AgTech and Green Energy” Beynəlxalq Forumu başa çatıb. ADA Universitetində 2 gün davam edən foruma dünyanın 15-dən çox ölkəsindən 40-dək xarici mütəxəssis və 1100-dən çox iştirakçı qatılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçirilən tədbir dünyanın müxtəlif ölkələrindən aqrar və yaşıl texnologiyalar üzrə ixtisaslaşmış ən uğurlu startapların, şirkət sahiblərinin, elm xadimlərinin və tədqiqatçıların, vençur kapitalistlərin, ölkəmizdə artıq bu sahələr üzrə uğur qazanmış yerli mütəxəssislərin marağını cəlb edib.
“AgTech and Green Energy” forumunda energetika və aqrar texnologiyaların gələcəyi, yeni innovativ ekosistemlər və digər mövzularda panel müzakirələri aparılıb, informativ sessiyalar keçirilib. Tədbir çərçivəsində, həmçinin startaplar və fermerlər üçün seminarlar təşkil edilib.
Bağlanış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov, energetika naziri Pərviz Şahbazov, ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev, ABŞ-ın Stanford Universitetin prorektoru Paul Marca da iştirak ediblər.
Forumda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, aqrar texnologiyaların inkişafı zamanın tələbidir və Azərbaycanda bu forumun keçirilməsi yaşıl enerji və aqrar texnologiyaların inkişaf etdirilməsinə təkan verərək bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həllinə öz töhfəsini verəcək.
Rektor rəhbərlik etdiyi ADA Universitetində də hazırda yaşıl enerjinin tətbiqi üçün addımlar atıldığını qeyd edib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov aqrar sahədə innovasiyaların tətbiqinin zəruri olduğunu vurğulayıb. Aqrar innovasiyalar istiqamətində görülən işlər fermerlər və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçündür. İnnovasiyaların tətbiqi fermerlərin problemlərini həll etməyə və məhsuldarlığı artıraraq xərclərini azaltmağa imkan yaradır.
Nazir forumun keçirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya, ADA Universitetinin rəhbərliyinə, beynəlxalq təşkilatlara, xarici və yerli tərəfdaşlara təşəkkür edib: “Bu tədbir, eyni zamanda təcrübə mübadiləsi aparmaq üçün yeni platforma rolunu oynayır. Hesab edirik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək”.
Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, ilk dəfə bu cür tematik mövzuda keçirilən beynəlxalq forumda müasir dövrdə uğurla tətbiq olunan aqrar və yaşıl texnologiyalar, onların energetika sektoruna və aqrar sahəyə tətbiqinin yaratdığı üstünlüklərdən bəhs edilib.
Enerji effektivliyinə nail olmağın vacibliyini diqqətə çatdıran nazir bildirib ki, ölkədə bioresurslardan istifadə potensialı çox böyükdür, bu potensialdan, xüsusilə bərpaolunan və alternativ enerji mənbələrindən yararlanmaqla daha böyük fayda əldə etmək olar. Bu forum bioenerji layihələrinin təqdim olunması, startapların inkişafı baxımından yeni bir platforma rolunu oynamış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

