Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırıb
14.12.2018 [09:29]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti “İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində keçirilmiş “Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi”nin qaliblərini mükafatlandırıb.
“Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi” Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan “İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində həyata keçirilib. Bakcell və ENGİNET şirkətlərinin birgə dəstək göstərdiyi layihə çərçivəsində Bakıdakı 165, 280, 291, 211, 225, 177 və 271 nömrəli tam orta məktəblərin şagird və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, mövcud təhlükələr və təhlükəli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər barədə geniş məlumat verilib.
291 nömrəli Ekologiya liseyinin şagirdləri Mustafayev Tuncay və Niftəli Ayşən, 211 nömrəli məktəbdən Qəribova Fidan, Əlisəttarova Aylin, Ramazanova Mədinə, Xəlilov Vüsal, Mirzəyeva Əsmət və 271 nömrəli məktəbdən Məmmədov Ayxan, Göyüşlü Banu, Əkbərli Hüseyn, Quluzadə Nurlan və Süleymanova Mədinə müsabiqənin qalibləri seçilib. Bakı şəhərinin 211 nömrəli tam orta məktəbində keçirilmiş mərasim zamanı müsabiqədə qalib gəlmiş məktəblilərə Bakcell və ENGİNET şirkətləri tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bakcell bir neçə il il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.
“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsində əks olunur.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

