UNEC Azərbaycan elminə böyük töhfələr verən innovativ universitetdir
28.12.2018 [09:41]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevlə görüş keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov beynəlxalq miqyasda tanınan və Azərbaycan vətəndaşı olaraq elmi tədqiqatlarını davam etdirən dəyərli alimi UNEC-də görməkdən qürur duyduğunu ifadə edib. Ə.Muradov Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz Elmi-Tədqiqat Mərkəzinin dinamik sistemlər şöbəsinin müdiri, professor M.Əfəndiyevin yeganə azərbaycanlı alim olaraq beynəlxalq “Humboldt” mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.
Rektor UNEC-in elmi və tədqiqatyönümlü universitetə transformasiyası istiqamətində görülən işlərdən söz açıb. İlk hədəflərdən birinin tədqiqat aparmaq potensialı olan mütəxəssislərin müəyyən edilməsi olduğunu vurğulayan Ə.Muradov yeni tədris ilindən müəllimlərin təsnifatlandırılmasının aparılacağını diqqətə çatdırıb. Professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məsələsinə toxunan rektor Azərbaycanda ilk dəfə olaraq məhz UNEC-də Differensial Əməkhaqqı Sisteminin tətbiq oldunduğunu bildirib. Sistemin tətbiqindən sonra UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə “Web of Science” üzrə ölkənin ən dinamik inkişaf edən universiteti mükafatını qazandığını qeyd edib. Ə.Muradov SOCAR-ın sifarişi ilə dünyada ilk dəfə olaraq “Azeri light” neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması ilə bağlı UNEC-in reallaşdırdığı uğurlu qrant layihəsini də alimin diqqətinə çatdırıb.
Azərbaycan elminə böyük töhfələr verən UNEC-i innovativ universitet adlandıran M.Əfəndiyev bu ali təhsil müəssisəsinin son illər əldə etdiyi uğurları daim izlədiyini və bundan qürur duyduğunu bildirib. Hər bir universitetin təhsilin səviyyəsi və alimlərinin elmi fəaliyyəti ilə tanındığını diqqətə çatdıran alim UNEC-in çoxlu sayda elmi tədbirlərə, o cümlədən türk dünyasının tanınmış Nobel mükafatçısı Aziz Sancar kimi alimlərin iştirakı ilə beynəlxalq konfranslara ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Tanınmış riyaziyyatçı-alim tədbir iştirakçıları ilə elmi tədqiqatların aparılması, nüfuzlu elmi jurnallarda məqalələrin çap edilməsi və qrant layihələrin hazırlanması istiqamətində təcrübəsini də bölüşüb. Elmi mühitin formalaşmasında nüfuzlu universitetlərin bir-biri ilə əlaqələrini genişləndirməsi, birgə konfrans və layihələr reallaşdırmasının vacibliyini bildirib.
M.Əfəndiyev müəllimləri maraqlandıran sualları cavablandırıb, “UNEC-100” İnkişaf Strategiyasının elmin inkişafı ilə bağlı planının hazırlanmasına dəstək göstərilməsi barədə təklifi məmnuniyyətlə qəbul edib.
Dünyanın aparıcı jurnallarının redaksiya heyətinin üzvü və baş redaktoru olan M.Əfəndiyevin baş redaktorluğu ilə UNEC-də “Web of Science” bazasına daxil ediləcək texniki və texnoloji ixtisaslar üzrə elmi jurnalın təsis edilməsi barədə razılıq əldə olunub. Eyni zamanda, alim həmin istiqamət üzrə təhsil alan UNEC-in bir doktorantına elmi rəhbərlik etməyi də öz üzərinə götürüb. M.Əfəndiyev UNEC-in müəllimlərinin Almaniyada tədqiqat aparmaları üçün dəstək göstərəcəyini də bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

