Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AMEA Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqlənib

AMEA Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqlənib

05.01.2019 [10:12]

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin bu ildə keçirilən ilk iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev Rəyasət Heyətinin və elmi-tədqiqat müəssisələrinin 2019-cu il üçün nəzərdə tutulan iş planlarını açıqlayıb.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, akademik aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün institut direktorlarına müvafiq tapşırıq və tövsiyələr verib.
Sonra 40 maddədən ibarət iş planı və mövzular Rəyasət Heyətində müzakirə olunaraq təsdiqlənib.
İclasda, həmçinin akademiyanın prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın elmi müəssisə və təşkilatlarında iş vaxtının uçotunun aparılmasının təmin edilməsi barədə” sərəncamından da danışılıb. Sözügedən sərəncamdan irəli gələn məsələlərlə bağlı bölmənin maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi Hənifə Hənifəyev məlumat verib.
Sonda bir sıra cari məsələlərə baxılıb.

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31