Media nümayəndələri AzMİU-da imtahanların gedişini izləyiblər
10.01.2019 [10:00]
Yanvarın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ilinin payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mediaturda universitetin rəhbərliyi, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV-lərin təmsilçiləri iştirak ediblər. Mediatur təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Bildirilib ki, universitetdə imtahanlar yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir.
Rektor diqqətə çatdırıb ki, universitetdə sessiya imtahanlarının yüksək səviyyədə təşkil olunmasına böyük önəm verilir. Buna görə də sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. Ali məktəbdə bütün məsələlər “Elektron universitet portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir. Rektor bildirib ki, universitetdə özünün sədr olduğu münaqişə komissiyası fəaliyyət göstərir. İmtahan nəticələrindən narazı qalan tələbələr komissiyaya müraciət edib şikayətlərini həll edə bilirlər. “Mən özüm şəxsən imtahanları birbaşa izləmək imkanına malikəm, imtahan zallarında baş verənləri görürəm. Universitet əməkdaşlarından ibarət rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. Yazılı imtahanların nəticələrinin şifrələnməsi, işlərin qiymətləndirilməsi, bütövlükdə yoxlama prosesinə nəzarət etmək üçün həmin otaqlarda müşahidə kameraları quraşdırılıb”, - deyə G.Məmmədova bildirib.
Sonra iştirakçılar universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini və cavabların yoxlanılması prosesini müşahidə ediblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Onlar imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü vurğulayıblar.
Media nümayəndələri, həmçinin AzMİU-nun memarlıq fakültəsinin yeni binası ilə tanış olublar, layihələndirmə dərslərinin qiymətləndirilməsi otağında tələbələrin işlərinə baxıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

