BSU-da yeni təlim-tədris mərkəzinin açılışı olub
01.02.2019 [09:44]
Dünən Bakı Slavyan Universitetində (BSU) Avropa İttifaqının “ERASMUS+” proqramının “PETRA” (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzinin açılışı olub.
Açılış mərasimində BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanın qabaqcıl universitetlərində dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiya istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə qabaqcıl təcrübədən faydalanmaqla bir sıra uğurlu layihələr həyata keçirilir. Bakı Slavyan Universitetində hazırda reallaşdırılan belə layihələrdən biri də Avropa İttifaqının “ERASMUS+” proqramının “PETRA” layihəsidir: “Bu layihə çərçivəsində yaradılmış təlim-tədris mərkəzi Bakı Slavyan Universitetinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək”.
Rektor qeyd edib ki, mərkəz tərəfindən müəllim və tələbə heyəti üçün zəruri təlim-seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant və doktorantlar üçün uğurlu elmi-tədqiqat işinin təşkili və yerinə yetirilməsi metodlarına aid kursların keçirilməsi təmin ediləcək. Avropa İttifaqının dəstəyi ilə təlim-tədris mərkəzini təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıq alınaraq lazımi qaydada quraşdırılıb.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov layihənin mahiyyəti və gələcək planlar barədə məlumat verib. Bildirib ki, Bakı Slavyan Universiteti Avropa İttifaqının “ERASMUS+” proqramının “PETRA” layihəsinə tərəfdaş olaraq 2017-ci ilin iyul ayından qoşulub. R.Novruzov deyib: “Layihənin böyük hədəfi Azərbaycanda tədris və təlimdə mükəmməlliyin təşviq olunmasıdır. Başlanğıc, inkişaf, yayılma, istismar mərhələsindən ibarət olan layihə Azərbaycanın Bakı Slavyan Universiteti də daxil olmaqla 5 dövlət və 2 özəl universitetini təlim və tədrisin keyfiyyətinin təkmilləşdirilməsi üçün hədəf seçib. Universitetimiz layihə çərçivəsində başlanğıc mərhələsini keçib, hazırda inkişaf mərhələsindədir. Layihə üzrə nəzərdə tutulduğu kimi, işçi qrupu yaradılıb, onun tərkibi universitetin rektoru tərəfindən təsdiq edilib. Bu gündən isə yayılma, yəni mübadilə mərhələsi başlanır”.
Qeyd edilib ki, BSU layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər Universiteti, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensiya Politexnik universitetlərində müvafiq təlim, seminar və konfranslarda da iştirak edərək Avropa universitetlərinin təcrübəsindən bəhrələniblər. Bundan əlavə, universitet əməkdaşları layihə ilə əlaqədar Xəzər Universitetində təşkil olunmuş seminar və konfransda iştirak ediblər.
Sonra BSU-nun ingilis filologiyası kafedrasının baş müəllimi, layihənin işçi qrupunun tədqiqatçısı Natavan Babayeva yeni yaradılmış təlim-tədris mərkəzinin qarşıya qoyduğu məqsəd, nəzərdə tutulan planlar, layihə çərçivəsində nəzərdə tutulmuş kurslar, treninqlər və seminarlar barədə ətraflı məlumat verib. Bildirib ki, mərkəzi təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıq - 10 ədəd personal kompüter, 10 ədəd planşet, 10 ədəd notbuk, proyektor və ağıllı lövhələr Avropa İttifaqının dəstəyi ilə alınıb və quraşdırılıb.
Tədbir iştirakçıları layihə çərçivəsində keçiriləcək seminar və treninqlər üçün müasir standartlara uyğun yaradılmış auditoriya ilə tanış olublar.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03

