Akademik Cəmil Əliyev: Həkim üçün ən yaxşı mükafat xəstələrin tam şəfa tapmasıdır
05.02.2019 [10:00]
Bu gün Bakıda artıq ənənəyə çevrilmiş növbəti Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilir. Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşkil etdiyi budəfəki tədbir hər il fevralın 4-də keçirilən Dünya Xərçənglə Mübarizə Gününə həsr olunub. Müasir ümumi onkologiyanın və nüvə təbabətinin aktual problemlərinin, onkologiya qarşısında duran vəzifələrin, həmçinin onların potensial həlli yollarının müzakirə edildiyi nüfuzlu beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin aparıcı tibb mərkəzlərinin yüksəkixtisaslı mütəxəssisləri, həmçinin elmi dairələrin nümayəndələri iştirak edirlər.
Zənnimcə, vətəndaşlarımızın sağlam həyat tərzinin təminatı üçün həkimlərin bir-biri ilə sıx əməkdaşlığı və onkoloji xəstəliklərin müalicəsində məlumat mübadiləsinin aparılması çox böyük əhəmiyyət kəsb edir. Buna görə də bu cür tədbirlərin keçirilməsi maarifçilik nöqteyi-nəzərindən, həmçinin həkimlərimizin daha dərin biliklər əldə etməsi üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində simpoziumun sədri, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev bildirib.
Akademik C.Əliyev onkologiya sahəsində yüksək elmi və praktik nailiyyətlərə görə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatına layiq görülməsini şərh edərək deyib: “Bu, təkcə mənim yox, Milli Onkologiya Mərkəzinin bütün kollektivinin xidmətidir. Hər bir müəssisənin uğuru onun kollektivinin iş ahəngindən asılıdır. Azərbaycanda onkologiya xidməti böyük və uğurlu inkişaf yolu keçib. Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi tədbirlər həyata keçirilir və bu iş planlı şəkildə davam edir. MOM mövcud olduğu illər ərzində özünün təşəkkül və inkişafında çox mərhələlərdən keçib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Mərkəz ən müasir tibbi texnika ilə təchiz edilib və respublika əhalisinə ixtisaslaşdırılmış onkoloji yardımı həyata keçirən elmi-metodiki və profilaktik işlərin koordinasiyası ilə məşğul olan baş strukturdur. Burada aparılan müalicədən başlıca məqsəd xəstələrin ömrünün uzadılması, onların mümkün qədər tam sağalmasıdır. Həkim üçün ən yaxşı mükafat isə xəstələrin tam şəfa tapmasıdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19

