MİDA: “Ernst & Young” güzəştli mənzillərin ilk satışının şəffaf keçdiyini təsdiqləyib
09.02.2019 [10:33]
Beynəlxalq audit şirkəti “Ernst & Young” (“EY”) güzəştli mənzillərin ikinci seçim prosesinin şəffaf keçdiyini təsdiq edib.
Bu barədə AZƏRTAC-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.
Qeyd olunur ki, bu il yanvarın 25-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
“Güzəştli mənzil” sistemi “SOC 2” və “SOC 3” rəylərinə uyğun olaraq müstəqil beynəlxalq audit şirkəti “Ernst & Young” tərəfindən öncədən tam nəzarətə götürülüb və sistem üzərində davamlı olaraq müşahidə aparılıb. Bununla yanaşı, sistemin əlaqəli fəaliyyətini təmin etmək məqsədilə MİDA-nın inzibati binasında agentliyin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin nümayəndələrindən ibarət operativ qərargah yaradılıb. Eyni zamanda, aidiyyəti qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və “108” Çağrı mərkəzinə daxil olan vətəndaş müraciətlərini operativ şəkildə cavablandırıb.
Seçim prosesi başa çatdıqdan sonra “Ernst & Young” şirkəti sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil etdikdən sonra fevralın 7-də “Güzəştli mənzil” sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz müsbət rəyini təqdim edib. Bu rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services”, Güvənli xidmət” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara və “Güzəştli mənzil” sisteminin Əsasnaməsində qeyd edilən məqsəd və prinsiplərə (mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) əməl olunması təsdiq olunub.
Xatırladaq ki, Yasamal Yaşayış Kompleksində satışa çıxarılan 174 mənzili seçmiş vətəndaşlardan 16-sı mənzili öz vəsaiti, 158-i isə güzəştli ipoteka krediti hesabına mənzilləri əldə etmək niyyətindədir. Seçim edən şəxslər arasında yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyaları 41 faiz, yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər kateqoriyaları isə 59 faiz təşkil edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14

