Vüqar Rəhimzadə: Yeni şərtlər medianın fəaliyyətinə müsbət təsirini göstərəcək
13.02.2019 [09:49]
“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün açıqladığı yeni şərtlər ədalətli, düzgün və zamanında verilmiş qərardır. Təbii ki, burada söhbət qəzetlərin bağlanması və ya onların çapına hansısa məhdudiyyətlərin qoyulmasından getmir. Yeni şərtlər qəzetlərin inkişafına, tərtibat baxımından yenilənməsinə təsir edəcək, medianın çoxşaxəli fəaliyyətinə öz müsbət təsirini göstərəcək”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadənin sözlərinə görə, yeni şərtlər çərçivəsində çap mediasının yüksək səviyyədə yenidən formalaşması nəzərdə tutulub, paralel olaraq elektron medianın dəstəklənməsi gündəmə gəlib: “Həm KİVDF-nin Müşahidə Şurasında, həm də Mətbuat Şurasının İdarə Heyətində aparılan müzakirələr zamanı bu məsələlər nəzərdən keçirilib. Onlayn mediaya maliyyə ayrılması məsələsi gündəmdədir. Bu mənada ictimai fikrə təsir göstərən elektron media qurumlarına maliyyə ayrıla bilər. Çox güman ki, bu qərar reallaşacaq. Sözsüz ki, KİVDF-nin bu qərarını alqışlamaq lazımdır. Ümumilikdə bu istiqamətdə atılan addımlar medianın inkişafına stimul verəcək. Qəzetlər artıq abunə kampaniyalarına başlayıblar. Hesab edirəm ki, bu, müsbət haldır. Bütün bunlar şübhəsiz, qəzetlərin tirajının yüksəlməsinə, oxunaqlılığının artmasına xidmət göstərən amillərdir. Hansısa qəzetin tirajı azdırsa, o da gələcəkdə, necə deyərlər, yaşamaq üçün fəaliyyətini, rəqabət qabiliyyətini gücləndirəcək”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycanda reklam bazarının inkişaf etdirilməsi media üçün böyük önəm kəsb edir: “Mətbuatın maddi durumunun daha da yaxşılaşdırılması üçün bir sıra elan və reklamların KİV-də cəmləşməsinə nail olmaq önəmlidir. Bununla bağlı müzakirələr gedir, sistematik proqram hazırlanması istiqamətində iş aparılır. Hesab edirəm ki, reklam bazarının inkişaf etdirilməsi KİV-in inkişafına öz müsbət təsirini göstərə bilər”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

