/ / Novruz bayramı ilə əlaqədar Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilib
Novruz bayramı ilə əlaqədar Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilib
05.03.2019 [09:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində, o cümlədən Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı) Novruz yarmarkası fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, yarmarkada respublikamızın müxtəlif rayonlarından gətirilmiş 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla, eyni zamanda, bazarlardakından ucuz qiymətə əhaliyə təqdim olunur. Ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil edilib, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunub. Yarmarkada müvafiq şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülüb.
Yarmarkanın fəaliyyəti ilə tanış olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, hazırda ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bazarda qiymətlər tənzimlənir. Bu cür satış yarmarkalarının keçirilməsində əsas məqsəd sakinləri seçim müxtəlifliyi ilə təmin etmək, sərfəli qiymətlərlə keyfiyyətli məhsullar təqdim etməkdir. Hazırda Azərbaycanda bu istiqamətdə işlər davam etdirilir. Görülən bütün işlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakteri daşıyır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı deyib ki, Novruz yarmarkalarının keçirildiyi müddətdə qiymətlərin tənzimlənməsinə nəzarət ediləcək. O, həmçinin diqqətə çatdırıb ki, belə yarmarkalar tez-tez təşkil olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58

