Tural Gəncəliyev: Tezliklə doğma torpaqlarımıza qayıdacağımıza ümid edirik
03.04.2019 [09:29]
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyəti Cocuq Mərcanlıya səfər edib
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyəti Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş və yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İdarə Heyətinin üzvləri əvvəlcə Cəbrayıl və Xocavənd rayonlarının rəhbərliyi ilə birgə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə əklil və tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Sonra yol kənarına çinar ağacları əkilib.
Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Müəllim və şagirdlər qarşısında çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, bu səfər üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf edir. “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilməsi, Silahlı Qüvvələrə göstərilən yüksək diqqət və qayğı nəticəsində dünyanın ən güclü orduları sırasında dayanan Azərbaycan Ordusu 2016-cı ildə öz gücünü düşmənə göstərdi. Əgər Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunmasa, işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik”, - deyə İdarə Heyətinin sədri qeyd edib.
Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə söhbət ediblər. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinə minnətdarlığını bildirib.
Qəsəbədəki uşaq bağçasına gələn İdarə Heyətinin üzvləri uşaqlara hədiyyələr veriblər.
Sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.
Cocuq Mərcanlı kənd klub-icma mərkəzində sakinlər və N saylı hərbi hissənin əsgər və zabitləri üçün konsert proqramı təşkil olunub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin estrada heyətinin təqdim etdiyi musiqilər iştirakçılarda xoş ovqat yaradıb. Qonaqlar Cocuq Mərcanlı sakinləri və əsgərlərlə birgə rəqs ediblər.
İdarə Heyətinin üzvləri Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev jurnalistlərə müsahibəsində deyib: “Səfərimizin əsas məqsədi düşmənə mesaj verməkdir ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz torpaqlarına qayıtmağa hazırdır. Azərbaycan Ordusunun qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində biz bunu Aprel döyüşlərində düşmənə göstərdik. 86 min nəfərdən çox üzvü olan azərbaycanlı icması doğma torpaqlarına qayıtmaq, öz mülkiyyətlərinə sahib olmaq əzmi ilə yaşayır və biz bu arzumuzun tezliklə həyata keçəcəyinə ümid edirik. Azərbaycan Prezidenti tərəfindən aparılan sülh danışıqları, göstərilən konstruktiv mövqe ortadadır. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq biz sülh istəyirik. Biz öz torpaqlarımıza geri dönmək hüququndan, mülkiyyət hüququndan məhrum olmuşuq. Yaxşı olar ki, ermənilər bunu başa düşsünlər, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsınlar və biz öz doğma torpaqlarımıza, ata-baba yurdlarımıza geri dönək. Ermənistan qoşunlarının Azərbaycan ərazilərində daimi qalması mümkün deyil. Bunu nə qədər tez başa düşsələr Ermənistan üçün bir o qədər yaxşı olar”.
Tural Gəncəliyev qeyd edib ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən tam çıxarılandan sonra Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması erməni icması ilə birgə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində daimi sülh şəraitində yaşamağa hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

