Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Özbəkistanın “Qalampir.uz” saytında Azərbaycanın “Kaspi.az” portalı ilə memorandumun imzalanması barədə məqalə yerləşdirilib

Özbəkistanın “Qalampir.uz” saytında Azərbaycanın “Kaspi.az” portalı ilə memorandumun imzalanması barədə məqalə yerləşdirilib

03.04.2019 [09:30]

Özbəkistanın “Qalampir.uz” portalında Bakıda bu qurumla Azərbaycanın “Kaspi.az” saytı arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması barədə özbək dilində məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə memorandumun imzalanması təşəbbüsü ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çıxış etdiyi bildirilib.
Yazıda vurğulanıb ki, sənədi “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və “Qalampir.uz” portalının rəhbəri Qamariddin Şayxov imzalayıblar.
“Kaspi” qəzetinin 135 illik tarixi olduğunun vurğulandığı məqalədə qeyd olunub ki, müqaviləyə əsasən, tərəflər internet-resurslarında mühüm xəbərləri bir-birinə ötürə və həmçinin onları öz informasiya kanallarında yaya bilərlər. Tərəflər bir-birinə ötürdükləri xəbərlərin məzmununu heç bir dəyişiklik etmədən saxlamalıdırlar. Xəbərlərdən istifadə edildikdə informasiyanın mənbəyinə istinad olunmalıdır. Tərəflər hər hansı konkret informasiya ilə bağlı bir-birindən əlavə məlumat istəyə bilərlər.

Paylaş:
Baxılıb: 532 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31