Xarici İşlər Nazirliyinin əməkdaşları Cocuq Mərcanlıda
05.04.2019 [09:34]
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin mənafeyinə uyğun nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir
Aprelin 4-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən səfərin əsas məqsədi 2016-cı ilin Aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri və təmin edilmiş təhlükəsizliklə yaxından tanış olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazir müavinləri Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə əklil və tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Sonra Cocuq Mərcanlıya gedən yolun kənarına Aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.
Cocuq Mərcanlıya gələn nümayəndə heyəti klub icma mərkəzində Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kənd sakinləri ilə görüşüb. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndi haqqında məlumat verib. Bildirib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında erməni təxribatına cavab olaraq keçirdiyi əks hücum əməliyyatı nəticəsində yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq mümkün olub.
İşğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda Prezident İlham Əliyevin sərəncamları ilə 150 fərdi yaşayış evinin, məktəb binasının, uşaq bağçasının, tibb məntəqəsi, poçt və klub-icma mərkəzi üçün binaların, Şuşa məscidinin bənzərinin və digər zəruri infrastruktur obyektlərinin tikintisi həyata keçirilib, “Qayıdış” parkı salınıb. Cocuq Mərcanlı sakinləri 24 illik köçkünlük həyatından sonra öz doğma yurdlarına dönüblər. Kənddə sakinlərin məşğulluğu və kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılıb. Azərbaycan Ordusunun Aprel döyüşlərindəki qələbəsi, Cocuq Mərcanlının yenidən qurulması və kənd sakinlərinin yurda qayıdışı onu göstərir ki, biz öz torpaqlarımızı işğal altında qalmasına razı olmayacağıq və azad ediləcək bütün yaşayış məntəqələrini Cocuq Mərcanlı kimi bərpa edəcəyik.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, respublikamızın ən böyük problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin ölkəmizin mənafeyinə uyğun nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir.
Diqqətə çatdırılıb ki, ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət Azərbaycan əsgərinin Vətənə bağlılığını, qətiyyətini göstərir. Bu, hər bir azərbaycanlını sevindirir. Azərbaycanlı deputatlar da öz növbəsində, ölkəmizin maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması istiqamətində davamlı addımlar atırlar.
Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri ilə görüş keçirilib. Qonaqlar Cocuq Mərcanlıda salınan “Qayıdış” parkında və Şuşa məscidinin bənzəri olan məscidə də olub, burada şəhidlərin ruhuna dua oxuyublar.
Nümayəndə heyəti ön xətdə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər. Sonra N saylı hərbi hissədə əsgərlərlə birgə nahar olub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14

