Azərbaycan etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb
19.04.2019 [10:13]
Şirvanda “Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda regional müşavirə keçirilib
Aprelin 18-də Şirvan Şəhər İcra Hakimiyyətində “Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda regional müşavirə keçirilib.
Müşavirədə şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri - dini işlər üzrə komissiya sədrləri, şəhər-rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri - dini qurumlarla işin təşkilatçıları, hüquq-mühafizə orqanlarının, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbələrinin rəhbərləri, bələdiyyə sədrləri, nüfuzlu ziyalılar və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd dövlətimizin multikulturalizm və dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətləri bölgə ictimaiyyətinin diqqətinə çatdırmaq, həmçinin bölgədə etno-siyasi və dini durumla bağlı mövcud vəziyyəti yerində öyrənmək, sözügedən sahədə dövlət qurumları arasında koordinasiyanı gücləndirmək, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin, eyni zamanda, fəaliyyət planlarının icra vəziyyəti ilə tanış olmaqdır.
Müşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhərdə etno-siyasi və dini durumun vəziyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, bu gün ölkəmizdə, o cümlədən Şirvan şəhərində əldə olunan ictimai-siyasi sabitliyin, hərtərəfli inkişafın təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiyamızın prinsipləri, xüsusilə müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsi dayanır. Ulu Öndərin bizə əmanət qoyduğu bu məfkurə etnik mənşəyindən, dini etiqadından asılı olmayaraq hər bir vətəndaşımızı vahid Vətən, Azərbaycan dövlətçiliyi ətrafında birləşdirir. Ümummilli Liderin bu siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın tələblərinə uyğun yeni çalarlarla zənginləşdirilir.
Qeyd olunub ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəhərdə mövcud dini vəziyyət öyrənilib təhlil edilir, yerlərdə dini maarifçilik ənənələrini daha da inkişaf etdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Etno-siyasi sahədə aparılan təbliğat işinin, görülən tədbirlərin nəticəsidir ki, multikultural dəyərlər şəhər sakinlərinin həyat tərzlərinə, birgəyaşayış normalarına çevrilib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, cəmiyyətdə etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi həyata keçirilmədikdə və ya düzgün aparılmadıqda həmin cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Bu səbəbdən etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda etnik-mədəni müxtəlifliklər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumağa çalışır. Həmçinin izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eləcə də milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir.
Etibar Nəcəfov deyib: “Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən Azərbaycan Respublikası bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb. Bunun əsas göstəricisi tarixi dövr ərzində burada etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır”.
Bildirilib ki, Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınıb və gələcəkdə də alınacaq.
Digər çıxış edənlər ölkəmizdə dini və tolerantlığın birgəyaşayış normasına çevrildiyini, dindarların eyni məsciddə vəhdət namazı qıldığını, bir-birlərinin xeyir və şər işlərində yaxından iştirak etdiklərini bildirib, hazırda ölkədə dini durumun sabit olduğunu diqqətə çatdırıblar.
Müşavirə müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

