/ / Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
25.04.2019 [09:56]
Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.
Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regional konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, ölkəmizdə həyata keçirilən nümunəvi dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılmasından söz açıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da dini etiqad azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görülüb, rayonda dini durum sabitdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərimizin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində aparılan işlər barədə danışıb.
Müasir dünya üçün ən ciddi təhdidlərdən birinin terror və ekstremizm olduğunu bildirən Komitə sədri dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığını deyib. Diqqətə çatdırıb ki, hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə “soyuq müharibə” illərindəki ideoloji toqquşmanı əvəz edib.
Bildirilib ki, heç bir din radikallığa çağırış edə bilməz. Həm İslamın, həm də xristianlığın və yəhudiliyin müqəddəs kitablarında insanlar birliyə, sülhə, əmin-amanlığa çağırılır. Amma bu gün dünyada din adı altında terror aktları törədilir, qarşıdurmalar yaradılır. İnsanların din adı ilə bir-birini qırması, terror aktları törətməsi cəhalətin nəticəsidir.
Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib. “Azərbaycanda heç vaxt dini və etnik müxtəlifliyə görə ayrı-seçkilik olmayıb. Bütün dinlərin nümayəndələri bir yerdə mehriban şəkildə yaşayır, sərbəst şəkildə öz inanclarını yerinə yetirirlər. Eyni zamanda, İslam dini daxilində də məzhəb ayrı-seçkiliyinin əleyhinəyik. Dini siyasiləşdirmək, dindən sui-istifadə etmək istəyənlərə, məzhəb ayrı-seçkiliyi salanlara aramızda yer olmamalıdır”, - deyə M.Qurbanlı vurğulayıb.
Dini maarifləndirmənin vacibliyindən danışan Komitə sədri deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Burada yüksəkixtisaslı, azərbaycançılıq ideyasının daşıyıcısı olan, islami dəyərləri, o cümlədən digər dinləri mükəmməl bilən kadrlar yetişəcək və gələcəkdə din sahəsində çalışacaqlar. M.Qurbanlı diqqətə çatdırıb ki, gənclərimizin maarifləndirilməsi, məlumatlandırılması məqsədilə yeni tədris ilindən ali məktəblərdə “Multikulturalizmə giriş” adlı fənn tədris olunacaq. O, eləcə də orta ümumtəhsil məktəblərində “Həyat bilgisi” fənninin proqramının genişləndirilməsi, İslam dini ilə bərabər digər dinlər haqqında da məlumatların verilməsinin əhəmiyyətinə toxunub.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Ramazan Hüseynov regionlarda keçirilən bu cür konfransların əhəmiyyətini yüksək qiymətləndirib.
Konfrans işini aprelin 25-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

