Padarçöl Aqroparkına mediatur təşkil edilib
01.05.2019 [16:34]
"Azərsun Holdinq" Şirkətlər Qrupu ölkənin aparıcı KİV nümayəndələri üçün Padarçöl Aqroparkına mediatur təşkil edib. KİV təmsilçilərini qarşılayan aqroparkın rəhbəri Nəbi Paşayev bildirib ki, 4200 hektar əraziyə malik kompleks ən müasir avadanlıq və texnologiya ilə təmin edilmiş heyvandarlıq və müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi əkin sahələrindən ibarətdir.
Aqroparkda əsasən taxıl və yem bitkilərinin yetişdirildiyini deyən müəssisə rəhbəri ümumilikdə il ərzində iki dəfə əkin işlərinin həyata keçirildiyini bildirib: "Bundan əlavə, 3 çeşiddə qarğıdalının əkini ilə bərabər, sınaq məqsədilə tərəvəz bitkilərinin əkininə də başlanılıb. Burada yeni növ əkin sahələrinin salınması üçün araşdırmalar aparılaraq gələcəkdə məhsul çeşidinin genişləndirilməsi nəzərdə tutulub".
Jurnalistlərə, eyni zamanda, "Azərsun Holdinq"in fəlsəfəsi barədə də məlumat verən Nəbi Paşayev şirkətin Müşahidə Şurasının sədri Abdolbari Goozalın bütün sahələrdə məhsulların keyfiyyətinə xüsusi həssaslıqla yanaşdığını söyləyib. Bildirib ki, "Tarladan süfrəyə"dək keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi "Azərsun" müəssisələrində bütün məhsullar satışdan öncə dəfələrlə laborator yoxlamalardan keçir. Bunun məntiqi nəticəsidir ki, bu şirkət tərəfindən istehsal olunan məhsullar ölkə daxilində rəğbətlə qarşılanmaqla bərabər, dünyanın müxtəlif ölkələrində istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, əkin işlərinin həyata keçirildiyi torpaqların keyfiyyətinin qorunması üçün Müşahidə Şurasının sədrinin təlimatlarına əsasən zəruri addımlar atılır.
Qeyd olunub ki, "Azərsun" dövlət rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq bölgələrdə insanların məşğulluğunun artırılması və sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən işlərə dəstək olur. Hazırda müəssisədə 200-dən artıq insan işlə təmin olunub ki, mövsüm zamanı bu rəqəm 600-dən artıq olur. Daha sonra jurnalistlərə idarəetmə sistemi və fermaları dünyaca məşhur "Afimilk" şirkəti tərəfindən qurulan heyvandarlıq kompleksi barədə məlumat verən Nəbi Paşayev hazırda 2000-dən artıq iribuynuzlu mal-qara saxlanıldığını bildirib: "Artıq layihənin ilk fazası yekunlaşıb və günlük olaraq 34 ton süd istehsal edilir ki, yağlılıq nisbəti 3,6 faiz təşkil edir. Ən müasir avadanlıqların tətbiqi ilə eyni anda 72 heyvanın sağılması mümkün olur, fermaların avtomatlaşdırılmış havalandırma sistemi ilə təchiz olunması heyvanların bütün mövsümlərdə rahatlığını təmin edərək məhsuldarlığın yüksək saxlanılmasına mühüm töhfə verir. İribuynuzluların sağlamlığı və məhsuldarlığı üçün ən önəmli məsələ olan yemlənmə prosesi də Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı ilə həyata keçirilir. Holşteyn-friz cinsinə aid heyvanların bütün məlumatları bazaya yerləşdirilib ki, proqram təminatı da bu bazadakı məlumatlar əsasında heyvanların sağlamlıq durumunu hesablaya bilir. Əgər hər hansısa heyvanın qidalanması, məhsuldarlığı və digər göstəricilərində bir dəyişiklik baş verərsə, bu barədə dərhal mütəxəssislərə məlumat ötürülür. Zootexnik və baytarlar həmin heyvanları ümumi sürüdən ayıraraq nəzarət altına götürürlər. Xüsusi qayğı bölümünə yerləşdirilən heyvanlar baytarların nəzarəti ilə müalicə alırlar".
Bildirilib ki, ümumilikdə bu heyvandarlıq kompleksində əldə olunan süd məhsulları Kürdəmir Süd Emalı Kompleksinə göndərilir və orada da "Azərsüd", "Super milky" və digər "Azərsun" markaları altında məhsullar istehsal edilir. Bundan başqa, heyvandarlıq kompleksinin fəaliyyəti zamanı yaranan üzvi tullantılardan üzvi gübrə də istehsal olunur ki, bu da əkin sahələrində torpaqların zənginləşdirilməsində istifadə edilir.
Jurnalistlərin suallarını cavablandıran Nəbi Paşayev Aqropark layihəsinin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalının artacağını və yerli kərə yağının istehsal ediləcəyini də bildirib. O, bunun üçün Kürdəmir Süd Emalı Kompleksində zəruri işlərin aparıldığını və istehsal xətlərinin qurulduğunu deyib. O da qeyd edilib ki, müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirildiyi ərazilər əvvəllər əkin üçün tam yararsız olub. Hazırda isə "Azərsun Holdinq" tərəfindən burada nasosxanalar, süni göllər, pivotlar və digər müasir suvarma sistemləri yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

