Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin təməli qoyulub
13.06.2019 [09:47]
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasında gənclərə qayğı əsas məsələlər sırasındadır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də - Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənclər Yaşayış Kompleksi”nin təməlatması olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir”, fikrini xatırladaraq deyib: Bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərimiz sabitlik şəraitində yaşayır, hərtərəfli təhsil alırlar. Muxtar respublikada da gənclər qayğı ilə əhatə olunub. Görülən işlərin davamı olaraq bu gün Naxçıvan şəhərində üçüncü gənclər şəhərciyi yaşayış kompleksinin təməli qoyulur. Gənclər üçün yeni yaşayış komplekslərinin tikilməsi həm onların mənzil problemlərinin həllinə, həm də ailələrin uzunömürlü olmasına xidmət edir. Çünki mənzil hər bir ailənin həyatında mühüm yer tutur. Bu gün muxtar respublikamızda 456 mindən artıq əhali yaşayır ki, onların da 140 mini və yaxud 30 faizdən çoxu gənclərdir. Ona görə də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Ali Məclisin Sədri deyib: 14-29 yaş arasındakı gənclərimizin təhsil alması və peşə öyrənməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması ölkəmizin gələcəyinə xidmət edən məsələdir. Dövlətin dəstəyi ilə Naxçıvan şəhərində yeni yaşayış kompleksinin salınmasında məqsəd də ondan ibarətdir ki, gənclərin mənzil problemi həll edilsin, onlar rahat yaşasınlar. Yaşayış kompleksinin tikilməsi həm də burada yeni iş yerlərinin açılması deməkdir. “Gənclər Yaşayış Kompleksi”nin tikilməsinə həm dövlət, həm də sahibkar tərəfindən vəsait sərf olunur. Ona görə də tikinti işləri keyfiyyətlə aparılmalı, gənclərimiz müasir mənzillərlə təmin olunmalıdırlar.
Ali Məclisin Sədri mənzillərin keyfiyyətlə tikilib başa çatdırılacağına əminliyini bildirib, inşaatçılara uğurlar arzulayıb.
“Cahan Holdinq” Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov “Gənclər Yaşayış Kompleksinin” layihəsi üzrə görüləcək işlər barədə Ali Məclisin Sədrinə məlumat verib. Bildirilib ki, ərazidə ikisi 7, ikisi 5 mərtəbəli olmaqla 4 yaşayış binası inşa olunacaqdır. Yeddimərtəbəli yaşayış binalarından biri 26, digəri 28, beşmərtəbəli yaşayış binalarının isə hər biri 40 mənzillidir. Ümumilikdə, 4 yaşayış binasında 134 mənzil istifadəyə veriləcəkdir. Binaların zirzəmisində xidmət sahələri yaradılacaq, həyətdə istirahət parkı istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri kompleksdə gənclərin, eləcə də ailələrin tələbatına uyğun xidmət sahələrinin yaradılması, mənzillərin ipoteka yolu ilə satışa çıxarılması və gənclərin məlumatlandırılması barədə tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri beton qarışığı bünövrəyə töküb, yaşayış kompleksinin təməli qoyulub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

