Bakıda VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib
14.06.2019 [10:32]
İyunun 13-də Bakıda VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Hüseynli simpoziumun önəmindən bəhs edib. O qeyd edib ki, türkdilli ölkələrin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə türk xalqlarının ortaq dəyərlərindən bəhs olunacaq. Simpoziumda türkdilli dövlətlərin universitetlərinin müəllim və tələbələrinin çıxışlarının olacağını deyən rektor tədbir iştirakçılarının qarşılıqlı fikir mübadiləsi aparacaqlarını bildirib.
Sonra türkoloq Zəminə Rüstəmbəyli türk xalqlarının qəhrəmanlıq tarixindən danışıb. O əlavə edib ki, türk xalqlarının dövlətçilik ənənəsi əsrləri əhatə edir. Məhz bunun nəticəsidir ki, bu gün dünyada kifayət qədər nüfuzu olan türkdilli dövlətlər mövcuddur. Orta Asiya, Qafqaz, Asiya və Avropanın bir hissəsini əhatə edən türk coğrafiyası dünyanın mədəni və siyasi tarixində böyük yerə malikdir.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün türkdilli dövlətlər TÜRKSOY, TÜRKPA, Türk Şurası kimi mötəbər təşkilatlarda təmsil olunurlar. Türk dünyası alimlərini bir araya gətirən Türk Akademiyası fəaliyyət göstərir. Deputat qeyd edib ki, Türk Şurasının Naxçıvanda yaradılması dünyaya verilən önəmli siyasi mesajdır.
Türk xalqlarının dərin dövlətçilik tarixinin olduğunu diqqətə çatdıran Hikmət Babaoğlu vurğulayıb ki, dünyada beş mindən çox xalq olsa da, onlardan cəmi iki yüzünün dövləti var. Dünya tarixində ilk dövlətlərin tarixi beş-altı min il əvvələ gedir. Beş min il əvvəl bizim dövlətimiz var idi. Eyni zamanda, latınların, midiyalıların və digərlərinin də dövləti var idi. Onlar bu gün yoxdur, ancaq türk dövlətləri bu gün də mövcuddur. Yəni, beş min il əvvəl də dövlətimiz var idi, indi də var və gələcəkdə də olacaq.
Deputat əlavə edib ki, 100 il bundan əvvəl bəzi qüvvələr türk dövlətçiliyinə əngəl yaratmaq məqsədilə xalqlarımızın coğrafiyasında fitnəkar bir erməni dövləti yaratdılar. Tarixi və keçmişi olmayan bu dövlət 100 il əvvəl olduğu kimi, bu gün də təxribatçı planlarını həyata keçirir.
Daha sonra simpozium müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

