Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tərtərdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

Tərtərdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

20.06.2019 [09:49]

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq keçirilən müsabiqəyə rayonun 44 ümumtəhsil məktəbinin şagirdləri qatılıb.
3 mərhələdən ibarət müsbiqənin açılışında çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında Sərəncamı ölkəmizdə bədii sözə, ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə göstərilən böyük qayğının təzahürüdür: “Cəmiyyətimizdə “Nəsimi İli” çərçivəsində xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan Nəsimi irsi geniş şəkildə müzakirə olunaraq, çox səpkili tədbirlər həyata keçirilir”.
Beləliklə, iyunun 18-də YAP rayon təşkilatının qərargahında keçirilən yekun mərhələdə Şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi Mehdiyev Xəyyam Pərviz oğlu I yerə, Güləbatlı kənd tam orta məktəbinin X sinif şagirdi Abbaslı Mirabbasağa Hafiz oğlu II yerə, Şəhər 2 saylı məktəb-liseyin VIII sinif şagirdi Əlizadə Əfşanə Zaur qızı isə III yerə layiq görülüblər.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31