/ / Bakıda “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda beynəlxalq forum keçirilib
Bakıda “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda beynəlxalq forum keçirilib
22.06.2019 [09:43]
İyunun 21-də Bakıda “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” mövzusunda beynəlxalq forum keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsindən sonra tədbirdə sahibkar qadınların fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov forumda çıxış edərək bildirib ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda olduğu kimi, sahibkarlığın inkişafına da öz töhfələrini verir. Ölkəmizə gələn qonaqlar iqtisadiyyatımızın inkişafına dair geniş məlumatlara sahibdirlər. Azərbaycanın böyük iqtisadi göstəricilərə malik olduğunu deyən Ə.Əhmədov qeyd edib ki, ölkəmiz dünyada və regionda iri layihələrin müəllifidir.
Baş Nazirin müavini bildirib ki, iqtisadiyyatın inkişafına təsir edən amillərdən biri də kiçik və orta sahibkarlığın inkişafıdır. Bunun üçün hökumət tərəfindən geniş imkan yaradılıb. Hökumət qadın sahibkarlığının inkişaf etdirilməsinə də daim dəstək göstərir. Uşaq bağçalarının, istehsal müəssisələrinin sayı artırılır. Bu gün qadınlar öz güclərini orta və kiçik sahibkarlıq sahəsində göstərirlər. Bundan sonra qadınlarımız iri sahibkarlıq sahəsində də öz bacarıqlarını nümayiş etdirməlidirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanda qadın sahibkarlığının inkişafına göstərdikləri dəstəkdən danışıb. Qadın sahibkarlığının inkişafı istiqamətində görülən işləri qeyd edən komitə sədri əlavə edib ki, bu işə başlananda cəmi 4 faiz sahibkar qadın var idi. Bu gün bu statistika artıb. Bunun üçün qanunvericilik bazası yaradılıb. Qadın sahibkarlığının inkişafı üçün resurs mərkəzləri yaradılıb. Bu mərkəzlərin fəaliyyətə başlaması üçün BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstək verilib. Bundan başqa, beynəlxalq konfranslar keçirilib ki, bu da xarici təcrübənin ölkəmizdə tətbiqinə şərait yaradıb. Layihələrə məcburi köçkün xanımlar da cəlb olunublar.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qadın sahibkarlığının inkişaf etdirilməsinin önəmindən söhbət açıb. O bildirib ki, bir ölkədə qadın sahibkarlığının inkişafı həmin ölkədə ümumi daxili məhsulun artmasına kömək edə bilər. Bu, eyni zamanda, gender bərabərliyinin də inkişafına yol açar. Azərbaycanda qadınların fəaliyyəti üçün lazımi qanunverici baza yaradılıb. Ölkədə sahibkar qadınların sayının artırılması üçün əlverişli şərait mövcuddur. Azərbaycanda lider qadınlar çoxluq təşkil edir.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, qadın sahibkarlar XXI əsrin böyük qüvvəsidir. Müasir dünyada qadınlar iqtisadiyyatın müxtəlif sahələrində mühüm yerlərə sahib olur. BMT qadınların səlahiyyətləndirilməsində mühüm layihələr həyata keçirir. Azərbaycan hökuməti də bu işdə BMT-yə böyük dəstək nümayiş etdirir. Ölkədə qadın resurs mərkəzlərinin yaradılması təqdirəlayiqdir.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququnun 1918-ci ildə Azərbaycanda verildiyini xatırladıb. Azərbaycanda qadınlara yaradılan imkanlar hələ həmin vaxtlardan start götürüb. Bu gün Azərbaycan hökuməti tərəfindən qadınlara siyasət və iqtisadiyyat sahələrində geniş imkanlar yaradılıb. Qadınlar artıq turizm, sənaye və aqrar sahələrdə böyük nailiyyətlər qazanıblar. Qadınların rahat şəkildə fəaliyyət göstərmələri üçün Azərbaycan Hökuməti onlar üçün zəngin qanunvericilik bazası yaradıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı prinsiplərinə uyğun iqtisadiyyat formalaşdırıb. Azərbaycan Prezidenti tərəfindən sahibkarlara münbit biznes mühiti yaradılıb. Bununla yanaşı, ölkədə orta və kiçik sahibkarlığın inkişafı üçün imkanlar yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Ölkəmizdə sahibkar qadınlara münbit şərait yaradılıb. Bu gün ölkədə qadın sahibkarlara aid müxtəlif istehsal sahələri fəaliyyət göstərir. Qadın sahibkarların fəaliyyətlərinin genişləndirilməsi üçün hökumət onlara güzəştli kreditlər verib.
Rusiyanın Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva qadın sahibkarların iqtisadiyyatdakı yerindən danışıb. Rusiyada qadın sahibkarların fəaliyyətindən danışan deputat qeyd edib ki, dövlətin dəstəyi ilə xanım iş adamlarının sayı çoxluq təşkil edir. Rusiyalı deputat vurğulayıb ki, Azərbaycanda da bu sahə inkişaf edir. Ölkədə böyük nailiyyətlər əldə etmiş sahibkar qadınların sayı kifayət qədərdir.
Daha sonra fəal sahibkar qadınlar mükafatlandırılıb.
Forum müxtəlif mövzular üzrə panellərlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

