“Şəhərdən Kəndə” layihəsi çərçivəsində ilk tur keçirilib
04.09.2019 [10:48]
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində ilk tur İsmayıllı rayonunun Təzəkənd kəndinə təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” ASC və “Backpack” turizm şirkətinin birgə təşkil etdiyi tur iştirakçılara unudulmaz anlar yaşadıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, avqustun 31-də baş tutan turun iştirakçıları İsmayıllı rayonunun gözəllikləri ilə yanaşı, kənd həyatı və yerli əhalinin həyat tərzi ilə də yaxından tanış olub, çoxdan arzuladıqları kənd evində kənd məhsulları ilə səhər yeməyi və nahar arzularını gerçəkləşdiriblər.
Qeyd edək ki, Təzəkənd kəndi 1936-cı ildə rayonun bir neçə ucqar dağ kəndlərindən köçmüş əhali tərəfindən salınıb. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, meyvəçilik, bostançılıq, üzümçülükdən ibarətdir. Kənddə yerləşən Vəlbinə gölü həm yerli əhali, həm də turistlər üçün əsl istirahət məkanıdır. Gölə səfər edən səyahətsevərlər balıq tutmaq həyəcanını da yaşayıblar.
Tur çərçivəsində iştirakçılar yerli fermer təsərrüfatlarına səyahət edib müxtəlif tərəvəzlərin (pomidor, xiyar, lobya, bibər, reyhan və s.) becərilməsi, yığılması, qablaşdırılmasında, həmçinin təsərrüfatda saxlanılan ev heyvanlarının bəslənməsində iştirak ediblər. Kənd həyatından və təsərrüfat işlərindən həzz alan tur iştirakçılarına yerli təsərrüfat sahibi tərəfindən sacda qutab hazırlanması master klassı da keçilib.
Tur iştirakçıları İsmayıllıdan sonra ölkəmizdə ilk dəfə keçirilən Üzüm və Şərab Festivalında iştirak etmək üçün Şamaxı şəhərinə yola düşüblər. Onlar Şamaxının Meysəri kəndində yerləşən “Şirvan” şərabçılıq təsərrüfatı ərazisində yerli və xarici üzüm sortlarından ibarət üzüm bağlarını gəzib, təbii şəraitdə yetişdirilən üzümlərin əl əməyi ilə yığılmasında iştirak ediblər. Kompleksin ərazisində yerləşən şərab zavodunda iştirakçılar yerli şərablar və onların hazırlanması prosesi ilə yaxından tanış olublar.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahını yüksəltmək, şəhər əhalisinin və xarici turistlərin asudə vaxtlarını daha da maraqlı keçirməsinə töhfə verməkdir.
Layihə çərçivəsində növbəti tur isə sentyabrın 8-də Şamaxı şəhərinə baş tutacaq. Bu dəfə iştirakçılar Şamaxının məşhur üzümçülük təsərrüfatlarını gəzəcək, üzüm yığımında iştirak edəcəklər. Turda iştirak etmək istəyənlər +994502033247 telefon nömrəsinə zəng edə və ya “Şəhərdən Kəndə” layihəsinin sosial media hesablarına yaza bilər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

