/ / Şəlalə Həsənova: Vətən müharibəsi şəraitində xalqımız qələbə naminə Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib
Şəlalə Həsənova: Vətən müharibəsi şəraitində xalqımız qələbə naminə Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib
07.10.2020 [08:46]
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edib. Ali Baş Komandanın işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində apardığı qətiyyətli siyasət nəinki ölkə əhalisi, dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızın da birmənalı dəstəyi ilə qarşılanıb. Azərbaycan Prezidentinə məktub yazan dünya azərbaycanlıları Ali Baş Komandanın yürütdüyü müdrik, uzaqgörən siyasətdən duyduqları fəxr hisslərini dilə gətirirlər”.
Bunu İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin rəhbəri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova deyib.
Onun sözlərinə görə, bu faktlar onu göstərir ki, bütün soydaşlarımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşiblər: “Dünya azərbaycanlıları birmənalı olaraq yazırlar ki, rəşadətli ordumuza rəhbərlik edən Ali Baş Komandanımızla fəxr edirik, Ona güvənirik. Dövlət başçısının “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” verilişindəki çıxışı o qədər mükəmməl idi ki, hər kəs Azərbaycanın mövqeyinin haqlı olmasını gördü. Həm ölkəmiz, həm də bütün dünya Azərbaycan Prezidentinin qərarlarının yerində olduğuna bir daha şahidlik etdi. Ümumiyyətlə, Prezidentimiz həm çıxışları ilə, həm də atdığı addımları ilə Azərbaycanın mövqeyinin tam ədalətli olduğunu ortaya qoydu. Çünki Azərbaycan tərəfi danışıqlar prosesini pozmayıb, kifayət qədər səbir göstərib, indi isə özünümüdafiə hüququndan istifadə edərək işğal altında olan ərazilərimizi azad edir”.
Hazırda respublikamızda milli həmrəyliyin hökm sürdüyünü deyən Ş.Həsənova bildirib ki, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının (QHT), dini icma rəhbərlərinin Azərbaycan dövlətinin atdığı addımları dəstəkləməsi bunun bariz nümunəsidir: “Ermənistan silahlı qüvvələrinin atəşkəsi kobud şəkildə pozmasına, ardıcıl olaraq davam edən təxribat cəhdlərinə qarşı milli həmrəyliyin ortaya qoyulması sevindirici haldır. İndi cəmiyyətimiz tam qələbəyə köklənib”.
QHT sədrinin sözlərinə görə, cari ilin əvvəllərindən başlayaraq siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə aparılan dialoq və görüşlər ölkəmizdə bu gün əldə edilən milli həmrəyliyə əhəmiyyətli töhfə verib: “Ermənilərin iyul təxribatı zamanı, həmçinin 27 sentyabrda 50-yə yaxın partiyanın Ali Baş Komandanın atdığı addımları müdafiə yönündə bəyanat verməsi və bu günlərdə keçirilən vebinarda 50-dən çox partiya rəhbərinin yenidən dövlət başçısına, dövlətimizə və ordumuza birmənalı dəstək ifadə etməsi milli həmrəyliyin bariz nümunəsidir. Biz bu gün Ali Baş Komandanımızın atdığı addımları, çıxışlarını bir-bir izləsək, görərik ki, hər cümləsində, hər bir sözündə beynəlxalq hüququn prinsip və normaları əsas götürülür, milli maraqlarımızdan heç bir güzəşt olmayacağı qətiyyətlə bəyan edilir”.
“İndiki məqamda milli həmrəyliyin təmin olunmasında dövlət başçısının birbaşa təşəbbüsü ilə siyasi dialoqun dərinləşdirilməsi, habelə siyasi partiya və QHT rəhbərləri ilə görüşlərin davam etdirilməsi böyük rol oynayıb. Bu, eyni zamanda, Azərbaycan xalqının milli birlik və həmrəylik məsələsində tam yekdillik nümayiş etdirməsinə gətirib çıxarıb. Ona görə də Vətən müharibəsi şəraitində xalqımız qələbə naminə Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib”, - deyə Ş.Həsənova bildirib.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

