/ / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Samaritan’s Purse” təşkilatının vitse-prezidenti ilə görüş olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Samaritan’s Purse” təşkilatının vitse-prezidenti ilə görüş olub
02.12.2020 [09:37]
Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Samaritan’s Purse” təşkilatının proqramlar və hökumət əlaqələri üzrə vitse-prezidenti Ken İsaasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı DQİDK sədri qonaqlara Azərbaycandakı dini vəziyyət, nümunəvi dövlət-din münasibətləri, dövlət komitəsinin fəaliyyət istiqamətləri, eləcə də konfessiyalararası harmoniya və tolerantlıq modeli barədə məlumat verib. Bildirib ki, ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülünə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda müxtəlif dinlərə eyni ehtiram göstərilir, bütün konfessiyaların nümayəndələri Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunub.
Təşkilat nümayəndələrini Qarabağ həqiqətləri barədə də məlumatlandıran komitə sədri müharibə nəticəsində dağıdılmış infrastruktur, yaşanmış faciələr, Ermənistan silahlı qüvvələrinin insanlıq əleyhinə törətdiyi cinayətlər, düşmənin Azərbaycanın işğal edilmiş ərazilərində maddi-mədəni, dini irsin talan və məhv edilməsi ilə bağlı mənfur əməlləri haqqında danışıb. Eyni zamanda, hazırda işğaldan azad olunmuş ərazilərdən çıxan ermənilərin vandal hərəkətləri - evləri, meşələri yandırmaları diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələri məhv etməsinə baxmayaraq, Azərbaycan həmişə başqa dinlərə və mədəniyyətlərə tolerantlıq nümayiş etdirmə prinsipinə sadiq qalaraq Bakının mərkəzindəki erməni kilsəsini qoruyub saxlayıb, o cümlədən hazırda Azərbaycanda minlərlə erməni yaşayır və onlar cəmiyyətin bütün sferalarında təmsil olunublar.
Söhbət zamanı ölkəmizin qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaradan koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə toxunan DQİDK sədri bildirib ki, bu istiqamətdə ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, eləcə də bir neçə ölkəyə yardımlar edilir. Eyni zamanda, 4 may 2020-ci il tarixində Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Həmçinin dövlət başçısının digər önəmli addımı ilə BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi təklifi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib və bu ay reallaşacaq.
“Samaritan’s Purse” təşkilatının proqramlar və hökumət əlaqələri üzrə vitse-prezidenti Ken İsaas xalqımızı tarixi Qələbə münasibətilə təbrik edib. Laçının işğaldan azad olunması münasibətilə bu gün şəhərimizdəki qələbə əhval-ruhiyyəsinin şahidi olduğunu bildirən qonaq müharibə dövründə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalmasından dərin təsirləndiyini vurğulayıb. Təmsil etdiyi xeyriyyə təşkilatının fəaliyyət istiqamətləri barədə məlumat verən Ken İsaas təşkilatın xüsusilə COVID-lə mübarizə sahəsində təcrübəsi barədə danışıb, o cümlədən səfərlərinin karonovirusla mübarizə sahəsində ölkəmizə dəstək göstərmək niyyəti daşıdığını vurğulayıb.
Qeyd edək ki, dünyada insanlara mənəvi və fiziki yardım göstərən, Yevangelist xristian təşkilatı olan Samaritan (Fondu) 1970-ci ildən bəri fəaliyyət göstərir. Fond xristian missionerlik fəaliyyətinin əsas hissəsi kimi fiziki ehtiyacı olan insanlara yardım göstərən humanitar bir xristian təşkilatıdır. Təşkilatın prezidenti xristian yevanqelist Billi Qrahamın oğlu Franklin Qrahamdır. Onların beynəlxalq mərkəzi Şimali Karolina ştatının Bune şəhərində yerləşir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

