Hər kəs həmrəy olmalı, “gözəgörünməz düşmən”lə mübarizədə bir nöqtəyə vurmalıdır
31.12.2020 [10:03]
Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası (COVID-19) ilə mübarizə mühüm aktuallıq kəsb edir. Mütəxəssislər qeyd edirlər ki, pandemiya dövründə vətəndaşlar karantin qaydalarına əməl etməli və infeksiyanın yayılmasının qarşısını almağa, aparılan mübarizəyə töhfə verməyə çalışmalıdırlar.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov deyib ki, ictimai yerlərdə, qapalı, o cümlədən əhalinin sıx toplaşdığı məkanlarda qoruyucu maskalardan istifadəyə xüsusi diqqət yetirmək lazımdır. O, infeksiyaya yoluxmuş şəxslərin müalicə prosesi ilə əlaqədar vacib məqamlara toxunub: “Hazırda venadaxili infuziyalardan istifadə bir növ dəb halını alıb. Hər kəs venadaxili infuziyaları adi, gündəlik müalicə sisteminə salıb. Bu, qətiyyən qəbuledilməzdir. Öz-özünü müalicənin qətiyyən tərəfdarı deyiləm. Birinci, xəstəliyin diaqnozunu dəqiqləşdirmək, ikinci, onun ağırlıq dərəcəsini və yanaşı xəstəliklərin olub-olmamasını müəyyənləşdirmək lazımdır. Hər bir xəstəyə fərdi yanaşılmalıdır. Bəzən xəstələnməyən, qonşusunda, tanışında, heç təmasda olmadığı adamda koronavirus aşkar olunan biri özünə venadaxili infuziyalar köçürtməyə başlayır. Xəstələrdən bunun səbəbini soruşanda deyirlər ki, “orqanizmi möhkəmləndirmək, yoluxmamaq, xəstələnməmək üçün etdim”. Onun yoluxmaya, xəstələnməyə heç bir aidiyyati yoxdur. Ondansa, sosial məsafəni gözləmək, mümkün qədər qapalı yerlərdə, insanların çox olduğu məkanlarda olmamaq, tibbi maskadan istifadə etmək lazımdır”.
“Karantin qaydalarına ciddi əməl etmək daha vacibdir, nəinki sistem köçürmək. Əgər kiminsə şikayəti varsa, o halda poliklinikaya müraciət etməli, xəstəliyin diaqnozu dəqiqləşdirilməlidir. Həmin şəxs koronavirusa yoluxubsa, onun vəziyyətinə uyğun olaraq, ehtiyac varsa, stasionara yerləşdirilməli, gərək yoxdursa, izolyasiya olunub ev şəraitində karantinə alınmalıdır”, - deyə R.Bayramov əlavə edib. O bildirib ki, virus nə vaxtsa mutasiya edib aradan qalxacaqsa, nə zaman kollektiv immunitet yaranacaqsa, həmin vaxt rahat ola biləcəyik ki, artıq qorxusu yoxdur.
Həkim əlavə edib ki, hər kəs həmrəy olmalı, “gözəgörünməz düşmən”lə mübarizədə bir nöqtəyə vurmalıdır: “Yəni hamı mübarizədə iştirak etməlidir. Vətəndaşlarımız karantin qaydalarına ciddi əməl edəcəksə, alacağımız nəticələr də bir o qədər yaxşı olacaq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

