Qarabağdan AZƏRTAC-a salam var...
31.12.2020 [10:08]
“Cəsur döyüşçü” medalı ilə təltif olunan əməkdaşımız Mehrac Ağasiyev Qubadlıda hərbi xidmətini davam etdirir
“Qarabağdan AZƏRTAC-a salamlar...” - sosial şəbəkələrdə paylaşılan və maraqla qarşılanan bu videonu dəfələrlə izləmişik. Bizə zəfər sevincini yaşadan igid əsgərlərimizin bir qrupu işğaldan azad olunmuş Qubadlıdan AZƏRTAC-a salam göndərir. Ön planda 44 günlük Vətən müharibəsinin iştirakçısı olan iyirmi dörd yaşlı əməkdaşımız, əsgər Mehrac Ağasiyevi görmək çox xoş və qürurvericidir. Bunu həm də iş yoldaşımızın döyüş hesabatı kimi qəbul edirik.
Şabran rayonunda sadə, zəhmətsevər bir ailədə dünyaya göz açan Mehrac Ağasiyev 2017-ci ildə AZƏRTAC-da işə qəbul olunub və iki il sonra hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşan Mehrac Lələtəpə istiqamətində düşmənin müdafiə səddini yaranlardan biri olub. Füzulinin və Cəbrayılın kəndlərinin azad olunmasında, eləcə də Hadrut və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Döyüş yoldaşları Adil, Əli, İsa və Ələkbərlə birlikdə dəfələrlə ölümlə üz-üzə gəlib.
Ağır döyüşlərin birində yaralanan Mehrac o günü belə xatırlayır: “Hadrut - Xocavənd yolunda ermənilər bizə qəfil hücum etdilər. Biz meşənin ətəyində idik, onlar yüksəkliklərdən avtomat silahla atəş açırdılar. Bu vaxt sağ ayağıma güllə dəydi. Fikir verməyib döyüşməyə davam etdim. Atışma zamanı sağ ayağımdan daha bir güllə yarası aldım. Artilleriya atəşinin dəstəyi ilə ermənilərin hücumunu dəf etdik. Düşmən minomyotçuları ərazini atəşə tutduğundan ordumuzun təminat, sursat və tibb maşınları bizə yaxınlaşa bilmirdilər. Yoldaşlarım ayağımın yaralarını sarıyıb qan axmasını dayandırdılar və gecəni dağlarda qaldıq”.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdan Mehrac Ağasiyev hazırda Qubadlıda hərbi xidmətini davam etdirir. Yalnız Vətəni ürəkdən sevən insan belə addım ata bilərdi. O, vətənpərvərlik dərsini atası Firudin müəllimin ocağında alıb. Anası Almaz Ağasiyevanın müəllimə işlədiyi Şabran şəhərindəki orta məktəbdə ona həm də Vətənə sevgi hissləri aşılayıblar.
Prezidentin Sərəncamı ilə Mehracın “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi Ağasıyevlər ailəsinin böyük sevincinə səbəb olub. Bu şad xəbər AZƏRTAC-ın kollektivini də ürəkdən sevindirib.
Qeyd edək ki, bu medal Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş hərbi qulluqçulara verilir.
Atası Firudin müəllim, anası Almaz xanım Mehracla qürur duyurlar. AZƏRTAC-da tərcüməçi işləyən bacısı Nurtac deyir: “Bu, müharibə idi. Hər şey ola bilərdi. Amma şükürlər olsun ki, işğalçılara qarşı qəhrəmancasına vuruşmuş qardaşım sağ-salamatdır və “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Qələbəmizdə özünəməxsus xidmətləri olan qardaşımla fəxr edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

