Azərbaycanda ekoloji alyans yaradılıb
24.02.2021 [09:09]
Azərbaycanda ekoloji sahədə fəaliyyət göstərən və ya fəaliyyəti ilə ətraf mühit siyasətini dəstəkləyən qurumları özündə birləşdirən DANMA (Dayanıqlı Azərbaycan Naminə Milli Alyans) Alyansı təsis olunub.
AZƏRTAC-ın məlumatına görə, bununla əlaqədar keçirilən mətbuat konfransında məlumat verilərək bildirilib ki, dayanıqlı inkişaf çox əhatəli anlayış olmasına baxmayaraq onun təməlində planetimizin ekoloji sağlamlığı durur.
Alyansın koordinatoru Gülsarə Qasımova qeyd edib ki, ötən ilin martından başlayaraq IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekologiya sahəsində fəaliyyət göstərən bir çox təşkilat və qrupların nümayəndələri arasında ətraf mühitin mühafizəsi üçün səylərin birləşdirilməsi məqsədilə inklüziv dialoqa başlanılıb. İndiyədək keçirilən interaktiv müzakirə və görüşlər nəticəsində ekolojı fəalların vahid alyansda birləşməsi zərurəti yaranıb. Alyansın əsas məqsədi Azərbaycanın yaşıl ətraf mühitin və dayanıqlı gələcəyin yaradılmasına dəstək olmaq, o cümlədən gəncləri ətraf mühitin mühafizəsinə səfərbər etmək, ölkədə ekoloji problemlərin həlli üçün özəl sektor, hökumət və vətəndaş cəmiyyəti arasında daha yaxşı əməkdaşlığa nail olmaqdan ibarətdir. Alyansa üzv olan qurumların iştirakı ilə keçirilən görüşlərdə ölkənin mövcud ekoloji vəziyyəti barədə və problemlərin həlli yolları istiqamətində müzakirələr aparılıb və araşdırmalara başlanılıb. Eyni zamanda, alyans üzvləri gələcək fəaliyyətləri barədə planların tərtibinə başlayıb.
Koordinator deyib: “Yer kürəsində ekoloji problemlər gün keçdikcə daha da mürəkkəbləşir, onlarla mübarizə isə daha böyük səy və güc tələb edir. Ətraf mühitin səmərəli mühafizəsi planetimizin gələcəyini düşünən gənc ekofəalların qüvvələrinin birləşdirilməsini, daha sistemli mübarizə yollarının düşünülməsini tələb edir. Dayanıqlığın əhəmiyyəti və ekoloji təhdidlər barədə məlumatlılığın artırılması, gənclərin ekoloji fəallığa cəlb edilməsi, ətraf mühitə qəsdən və ya təsadüfən vurulmuş zərərin araşdırılması, ətraf mühit üçün ziyansız istehlak və istehsal modellərinin təşviq edilməsi yeni yaradılan alyansın əsas vəzifələri arasındadır”.
Alyansın fəallarından Tural Məhərrəmov öz çıxışında ölkəmizdə mövcud ekoloji problemlərin həllində xarici ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinin zəruri olduğunu bildirib. O, tullantıların idarə olunması və bərpa olunan enerji mənbələri yaradılması sahəsində, eləcə də ətraf mühitin, ekologiyanın təmizliyi ilə əlaqədar bir sıra vacib işlərin görülməsi və bu sahədə təşkilatın qarşısında duran vəzifələrdən, Azərbaycanın yaşıllıqlar ölkəsinə çevirmək üçün bütün təbiətsevər gəncləri ətraf mühitin üzləşdiyi təhdidlərin aradan qaldırılmasında fəal iştirak etməyə, ətraf mühit problemlərinin bəşəriyyətin üzləşdiyi ən ciddi təhlükə olduğu barədə məlumat verib.
“Ecofront” ekofəallar qrupunun təsisçisi Cavid Qara meşə və təbiət ərazilərinin çirklənməsi ilə mübarizənin vacibliyini qeyd edib: “Ölkəmizdə 13-14 faiz meşə fondu torpaqları var. Təəssüf ki, bir sıra bölgələrdə həmin torpaqlar “pis meşə” adı ilə zəbt edilir, sonra həmin ərazilərdə bağ salınır və ayrı-ayrı işbazların nəzarətinə keçir. Bu halların qarşısı alınmalı və sıradan çıxan meşələrin bərpası üçün tədbirlər görülməlidir”.
O, ekstensiv üsulla inkişafın yolverilməzliyi barədə bəhs edib, təbiət ərazilərinin çirklənməsinə yol verməmək üçün səylərin birləşdirilməsini diqqətə çatdırıb.
Onu da qeyd edək ki, alyansa ilk olaraq Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi (WWF Azerbaijan),”EkoSfera” - Sosial Ekoloji Mərkəz, AZGREEN, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, “İnsan və Mühit” İctimai Birliyi, “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi, OIKOS və Bakı Dövlət Universiteti ekoklubunun nümayəndələri qoşulub.
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

