/ / Mahirə Hüseynova: “Nizami Gəncəvi İli”nin elan edilməsi hər bir azərbaycanlının, o cümlədən Şərq insanının diqqətini böyük şair-filosofa yönəltməyə xidmət edir
Mahirə Hüseynova: “Nizami Gəncəvi İli”nin elan edilməsi hər bir azərbaycanlının, o cümlədən Şərq insanının diqqətini böyük şair-filosofa yönəltməyə xidmət edir
06.04.2021 [09:03]
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. “Nizami Gəncəvi İli”nin elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılması, təbliğ edilməsi sahəsində atılan növbəti addımdır. Dünya poeziya xəzinəsinə əvəzsiz incilər bəxş edən dahi şairin 870 illik yubileyi ölkəmizdə, xüsusilə Nizami Gəncəvinin Vətəni Gəncədə böyük izdiham, təntənə ilə qeyd edilib, söz sərrafları dahi şairin yaradıcılığının işığına yığışıblar.
“Yaşadığımız ilin “Nizami Gəncəvi İli” elan edilməsi, əlbəttə, hər bir azərbaycanlının, o cümlədən Şərq insanının diqqətini böyük şair-filosofa yönəltməyə xidmət edir. İnanırıq ki, ölkə Prezidentinin imzaladığı bu xüsusi əhəmiyyətli dövlət sənədi, ilk növbədə, ədəbiyyatşünas alimlərimizin yeni tədqiqat sahələrini araşdırmaq üçün stimul olacaq”. Bu fikirləri qəzetimizə açıqlamasında ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova deyib.
Professorun sözlərinə görə, Nizami Gəncəvi irsinin akademik araşdırılması işinin tamamilə yeni müstəviyə keçirilməsi Ümummilli Lider Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində xüsusilə aktual oldu. Onun iradəsi ilə 1979-cu il yanvar ayının 6-da “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”, 1981-ci ilin avqust ayında isə “Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında” qərarlar təkcə Nizami irsinin tədqiqi sahəsində deyil, ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açdı.
Qeyd olunub ki, yaradıcılığa lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa zaman ərzində öz “Divan”ını tərtib etdi və bir şair kimi məşhurlaşdı. Onu populyar edən, dünya şöhrəti qazandıran, “Xəmsə” adlandırılan beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) isə ədəbiyyata tamamilə yeni bir poetik səs, nəfəs gətirdi. Nizami Gəncəvi sözün qiymətini bilən, onun ağırlıqları altında poeziyanın yükünü çəkən, nadir istedadın fitrəti ilə adını dünya ədəbiyyatının korifeyləri sırasına həkk etdirən fikir adamı kimi yaşamaqda davam edir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

