/ / Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Xəyalə Məmmədovanın Özbəkistanın jurnalında məqaləsi dərc edilib
Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Xəyalə Məmmədovanın Özbəkistanın jurnalında məqaləsi dərc edilib
08.04.2021 [08:38]
Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin, həmçinin Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri dr. Xəyalə Məmmədovanın Özbəkistanın tanınmış “İnside Kashkadarya” sosial, mədəniyyət jurnalının mart nömrəsində “Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva: “Multikulturalizm və etnik-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” adlı ingilis dilində məqaləsi dərc edilib. Məqalədə qeyd edilib ki, Heydər Əliyev Fondunun yaradılmasında məqsəd Azərbaycanın zəngin irsinin öyrənilməsi və Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə çatdırmaqdır. Bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun multikulturalizm ideyaları və dəyərlərinin təbliğinə verdiyi töhfə təkcə ölkə daxilində deyil, eləcə də dünya miqyasında olduqca yüksək qiymətləndirilir. Vurğulanıb ki, Heydər Əliyev Fondu sivilizasiyalar arasında dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi diqqət göstərərək bir sıra layihələr həyata keçirir.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycanın mədəni irsinin təbliğində böyük xidmətlər göstərir. Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə multikulturalizm ideyalarının təbliği məqsədilə həyata keçirilən tədbirlər, elecə də ölkəmizdə dini tolerantlığı əks etdirən “Azərbaycan - tolerantlıq məkanı” mövzusunda fotosərgisinin təşkili ilə bağlı məlumatlar da diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu bu gün böyük məsuliyyətlə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının dərinləşməsinə, ölkəmizin reallıqlarının təbliğinə xidmət edən önəmli layihələri reallaşdırır.
Məqalədə, həmçinin Beynəlxalq Multikultural Şəbəkənin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Beynəlxalq Multikultural Şəbəkə dünyada Azərbaycanın multikultural dəyərlərinin təbliği üçün həyata keçirilən beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak edir. Beynəlxalq Multikultural Şəbəkə bu məqsədlə “Ölkə təmsilçiləri qrupu” təşkil edib. Hazırda qurumun 70-ə yaxın ölkədə elmi tədqiqatçı və alimlərdən ibarət təmsilçiləri fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

