Ağdamıma əl uzadan erməninin boş dəbilqəsi
17.04.2021 [09:00]
Deyirlər bu yerdə bir şəhər olub,
Namusdan, qeyrətdən qalası varmış.
Özü ağ olsa da, bəxti qaraymış,
Başının min cürə bəlası varmış...
Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə reallaşan Ağdam ziyarəti şəxsən mənim üçün aylardır içimdə daşıdığım arzumun reallaşması idi. Təbii ki, işğaldan azad olunmuş o ərazidə gedib köhnə Ağdamı tapmayacağımızı hər birimiz bilirdik. Amma mənzərənin, vandalizmin, vəhşətin bu dərəcədə olduğunu heç birimiz ağlımıza sığışdırmırdıq. Təzəkənddən Qarağacı qəbiristanlığına qədər hər qarışı xüsusi vəhşiliklə viran edilən Ağdam şəhəri bizi yorğun, əzgin qarşıladı. Sanki, vaxtilə ən abad şəhərimiz olan Ağdamımız dağıdılmaqdan yorulmuşdu. Bu şəhər illərlə, əsrlərlə o qədər tikilmişdi ki, erməni 30 ilə onu tam sökə bilmədi...
Ermənilərə faşist ideologiyalı deyirlər, amma bu ifadə də onlar üçün çox yumşaqdır. Heç bir milli dəyəri, heç bir ülvi hissi olmayan bu vandallar, bəlkə də, Ağdamı yerlə-yeksan etsəydilər, şumlasaydılar, hər şeyi torpağa çevirsəydilər, bizim üçün bu qədər ağrılı-acılı olmazdı. Amma hər evdən bir divar saxlayıblar. Hər ocaqdan bir kərpic saxlayıblar. O bir kərpic idi, o bir divar idi bizi sızladan, göynədən...
Ermənilər bizim qürurumuza yaxşı bələddirlər və bizi daha dərindən yaralamaq üçün Ağdamımızı bizə şikəst balamız kimi qaytardılar. Gəlməyinə sevinirik, amma hər gözümüz sataşanda göz yaşımıza hakim ola bilmirik. Amma şükür bu günümüzə, şükür qovuşduranımıza deyib, özümüzü ələ alırıq. Gələcək üçün, Ağdamı öz sağlamlığına qovuşdurmaq üçün dik dayanırıq...
Hələlik isə Ağdamın hər daşının altında bir nalə yatır, hər cığırında qan izi var. Pənahəli xanın dillər əzbəri ağ damlı İmarəti onu ziyarət edənlərdən utanır, sanki. Çünki bir İmarətliyi qalmayıb. Bir vaxtlar Pənahəli xan türbəsinin, İbrahimxəlil xan türbəsinin, Xan qızı Natavanın abidəsinin ucaldığı torpaq indi sükut içində izlədi bizi. Bu sükutu bir cümlə ilə pozmağa çalışdım. Xan babamızın “divan”ına qədəm qoyaraq bir cümlə pıçıldadım “Xan baba, biz gəldik, biz qayıtdıq”...
Bu qayıdışın memarı, Ulu Öndər Heydər Əliyev siyasi yolunun davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanımızın yaralarını sağaltdı, Vətənimizi bütövləşdirdi. Qələbə hər zaman haqqın yanındadır, hətta gec olsa belə deyiblər. Başqalarına güvənərək, Azərbaycandakı xaosdan, özbaşınalıqdan fürsətlənərək torpağımızı zəbt edən düşmənin boş dəbilqəsi bu gün Zəfərimizin tarixi salnaməsinə çevrilmiş Hərbi Qənimətlər Parkında “əyani vəsait” olub. Bu, hər kəsə cavabdır. İstər Azərbaycanın torpaqlarını zəbt etmiş və 30 ilə yaxın işğal altında saxlayan ermənilərə, istər onlara “arxanızdayıq” deyib arxayınlaşdıranlara, istərsə də erməniyə havadar olanlara nökərçilik edən “sapı özümüzdən olan balta”lara. Biz körpəmizdən qocamıza qədər bu Vətən uğrunda baş qoyarıq, ANAMIZ VƏTƏNƏ əl uzadanın dəbilqəsini boş qoyarıq...
P.S. Bir daha Ağdam rayonuna təşkil olunan səfərə görə Medianın İnkişafı Agentliyinə təşəkkür edirik. Mövzu ilə bağlı geniş reportaj yazısı verəcəyik...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31

