Əhmədli qəsəbəsində su problemi... “7-ci mərtəbəyə su daşıyıram”
04.05.2021 [09:11]
Sakinlər əraziyə normal su verilməməsindən şikayətlənirlər
Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin bəzi binalarının sakinləri su problemindən şikayət edirlər. Bu barədə “Yeni Azərbaycan” qəzetinin redaksiyasına sakinlər tərəfindən məlumat verilib. Sakinlər bildiriblər ki, yaşadıqları ərazilərə normada su verilmədiyi üçün yuxarı mərtəbələrə su çatmır.
Beləliklə, şikayətə əsasən Əhmədli qəsəbəsindəki həmin ərazilərə baş çəkdik. İlk yollandığımız ünvan Məzahir Rüstəmov küçəsi oldu. Qəsəbə sakini Mətanət Ələkbərova bizimlə söhbətində bildirdi ki, pandemiya dövründə suyun olmaması ona və qonşularına çətinlik yaradır: “Məzahir Rüstəmov küçəsi 15-ci binada yaşayıram. Suyun qiyməti qalxanda “Azərsu” təmsilçiləri suyun verilməsində daha heç bir problemin olmayacağını deyirdilər. Amma hələ də binamıza normal şəkildə su verilmir. Pandemiya şəraitində insanlar bilmir, xəstəliklə mübarizə aparsın, yoxsa suyun dərdini çəksin. Həyətdən yeddinci mərtəbəyə su daşıyıram. Bir müddət əvvəl su çənlərimiz vardı. Su tələbatımızı ödəyə bilirdik. Sonra su çənlərini kəsib çıxartdılar. Dedilər ki, 24 saat su olacaq. Bəs hanı?”
Həmin küçənin sakini Pərviz Abdullayev isə suyun təzyiqindən şikayət edir: “1998-ci ildən burada yaşayıram. Üç il bundan öncə su çənlərini kəsib apardılar. Dedilər ki, bundan sonra su daimi olacaq. Amma olmadı. Suyun hər an kəsilmə ehtimalını nəzərə alaraq 19 litrlik qablara su doldurub saxlamışıq. Günorta suyun təzyiqi o qədər zəif gəlir ki, yuxarı mərtəbələrə çatmır. Evin içində də su çəni yoxdur. Həmin gün su gəlməsə, deməli, bizim suyumuz da olmayacaq. İndi nə suyumuz var, nə də su çənimiz”.
Sabir Bəşirov isə qəsəbənin Sarayev küçəsində yaşayır. 80 yaşını haqlamış həmsöhbətimiz də su problemindən əziyyət çəkdiyini deyir: “19-ci binanın sakiniyəm. Mən 7-ci mərtəbədə yaşayıram. Suyun təzyiqindən çox narazıyam. Əksər vaxtlarda saat 12-nin yarısından axşama kimi su verilmir. Veriləndə də qəfil işin ortasında kəsilir. Müvafiq qurumlardan bu problemin həll edilməsini xahiş edirəm”.
Üz tutduğumuz daha bir ünvan isə S.Ə.Şirvani küçəsidir. Küçənin sakini Elxan Qədirov binada su ilə yanaşı, bir neçə problemin də olduğunu söylədi: “Su stabil gəlmir. Gələndə də yaşadığım 7-ci mərtəbəyə çıxmır. Buna görə su nasosu alıb qoymuşuq. Dərd bununla bitmir. Binanın kanalizasiya sistemlərindən də narazıyıq. Baxsanız, görərsiniz ki, binanın altı kanalizasiya suyu ilə doludur. Yay-qış bizim qəsəbədə ağcaqanad olur. Həm susuzluqla, həm də xəstəliklə mübarizə aparırıq. Bu problemlər nə zaman həll olunacaq?”
Bəs sakinlərin təbirincə desək, fasiləsiz su problemi nə zaman öz həllini tapacaq? Bu suala cavab tapmaq üçün “Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurumun rəsmisi bildirdi ki, “Azərsu” ASC həmin ərazidə qrafikli rejimlə əhalini içməli su ilə təmin edir: “Səhər və axşam anbardan nasos stansiyası vasitəsilə su verilir və insanlar təsdiqlənmiş qrafikə uyğun olaraq içməli su ilə təmin olunur. Qrafikdən kənar vaxtlarda isə özaxımlı rejimdə anbardan su verilir və bu da aşağı mərtəbələrdə daimi su olmasına imkan verir, amma yuxarı mərtəbələrdə qrafikdən kənar vaxtlarda nasoslar işləməyəndə suyun təzyiqi çox aşağı olur, ya da ümumiyyətlə, su olmur. Bilirsiniz ki, “Azərsu” ASC Bakı şəhərində xidmət göstərdiyi əhalinin 81,6 faizinin fasiləsiz 24 saatlıq su ilə təmin edir. Hələ də 18 faizdən bir az artıq əhali qrafikli rejimdə su alır. Bu ərazi də qrafikli rejimdə su alan ərazilərimizdən biridir. Xüsusilə də həmin ərazi anbara yaxın ərazilərdən biridir. Qeyd etdiyim kimi, burada qrafik rejim əsasında insanları su ilə təmin edirik”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

