Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin simvoludur
04.05.2021 [09:13]
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin əbədiləşdirilməsi məqsədilə Bakıda inşa edilən Parkın açılışını vətəndaşlarımız əlamətdar hadisə kimi dəyərləndirirlər
Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan və dövlətimizin başçısının iştirakı ilə açılışı keçirilən Hərbi Qənimətlər Parkı açıq səma altında unikal bir məkandır. Burada Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində düşməndən qənimət kimi götürülən döyüş texnikalarının və hərbi sursatların bir qismi nümayiş etdirilir. Əlbəttə, belə bir unikal məkanın yaradılması böyük rəmzi məna daşıyır. Çünki bu, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri təcəssüm etdirir.
Bu məqamda qeyd edək ki, Bakıda Hərbi Qənimətlər Parkının açılması işğalçı və məğlub Ermənistanda isterika ilə qarşılanıb. Elə ölkəmizdə də bəhs olunan unikal məkanın yaradılmasını, burada erməni əsgər və zabitlərinin maketlərinin, dəbilqələrinin nümayiş etdirilməsini anlaşılmaz narahatlıqla qarşılayanlar tapılıb. Əlbəttə, bu əlamətdar hadisə ilə əlaqədar belə mövqe sərgiləmək və ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışmaq anlaşılan, qəbuledilən deyil. Xatırladaq ki, Azərbaycan dünyada oxşar məkan yaradan ilk və yeganə ölkə deyil. Zəfər qazanmış bir çox ölkədə hərbi qənimətlər parkı və hərb tarixi muzeyi yaradılıb. Koreya, Fransa, Britaniya, Portuqaliya və digər bir sıra ölkələrdə oxşar məkanlar yaradılıb. Cənubi Qafqazda erməni faşizmini məhv edən Azərbaycanın da Vətən müharibəsində qazandığı böyük Zəfəri əbədiləşdirməyə, üç onillik ərzində bizə acılar yaşadan düşmənə göz dağı verməyə hər cür mənəvi haqqı çatır.
30 il ərzində ölkəmizə qarşı işğalçılıq siyasəti aparan Ermənistanın biabırçı məğlubiyyətinin sübutu, Azərbaycanın qazandığı tarixi Zəfərin simvolu olan Hərbi Qənimətlər Parkı ilə biz də yaxından tanış olmaq imkanı qazandıq.
Qənimət götürülən 300 eksponatın sərgiləndiyi parkın ümumi ərazisi 5 hektardır
Hərbi Qənimətlər Parkındakı məsul şəxslərdən aldığımız məlumata görə, Parkın ümumi ərazisi 5 hektardır. Parkda döyüş meydanında düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi - 300-dən çox eksponat və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri nümayiş etdirilir.
Parkda sərgilənən Ermənistan ordusunun bütün qoşun növlərinə məxsus qismən istifadəyə yararlı və ya tam yararsız hərbi texnikalarının ümumi sayı 150-dir. Burada 57 zirehli texnika (o cümlədən tanklar, piyadaların döyüş maşınları və s.), 30 artilleriya silahı (o cümlədən haubitsalar, “Toçka-U”, “Smerç” və “İsgəndər-M” raketlərinin qalıqları), 49 avtomobil texnikası, 2 qoşqu və 42 silah-sursat nümayiş etdirilir.
Parkda, həmçinin düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi canlandırılır. Belə ki, parkın ərazisində xüsusi yaradılmış pavilyonda bunkerlər, atəş nöqtələri, saxlanclar, tunellər, sığınacaqlar, səngərlər və s. ilə tanış olmaq mümkündür. Burada düşmən bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti, əsgər yataqxanası da olduğu kimi qurulub.
Onu da qeyd edək ki, Parkın ərazisində hərbi çadırda qurulan “Videozal” otağında Vətən müharibəsinə aid videoçarxlar və qısametrajlı filmləri izləmək mümkündür. Bununla yanaşı, parkın ərazisində informasiya mərkəzi, suvenir mərkəzi, kafe də fəaliyyət göstərir.
Vətəndaşlar Hərbi Qənimətlər Parkının yaradılmasını yüksək qiymətləndirirlər
Cəmi bir neçə gündür ki, ziyarət üçün açıq elan edilsə də, səhər saatlarından Parka gələnlərin sayı olduqca çox idi. Fürsətdən istifadə edib Hərbi Qənimətlər Parkı barədə vətəndaşlarımızın münasibətini də öyrəndik.
Ziyarətçilərdən Vasif Xəlfəyev deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Parkın açılışında söylədikləri, Ordumuzun zabitlərinin çıxışları bizə qürur verdi: “Biz də düşmən üzərində qəti qələbəmizi əks etdirən bu Parkla tanış olmağa tələsdik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ordumuzla qürur duyuram”.
“30 ildir Azərbaycan xalqına qarşı cinayət törətmiş işğalçı ordunun məğlubiyyətini əks etdirən bu Parka görə narahat olanları başa düşmürəm. Burada torpağımızı işğal edən ordunun aqibəti ortaya qoyulur. Demək istəyirəm ki, Hərbi Qənimətlər Parkı bizim qürur yerimizdir”.
Digər ziyarətçi Həbib Əliyevin sözlərinə görə, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun şərəfli döyüş yolunun əyani nümayişidir: “Bu, düşmənə ibrət olsun və bir daha azğınlaşmasın”.
Ziyarətçilərdən Bəhruz İbrahimov isə deyib ki, Hərbi Qənimətlər Parkı Ermənistan ordusunun biabırçı məğlubiyyətinin, şanlı Azərbaycan Ordusunun isə tarixi qələbəsinin sübutudur.
Parkı ziyarət edən Eynulla Sadıqov isə deyib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfəri əbədiləşdirmək çox mühüm təşəbbüsdür: “Hərbi Qənimətlər Parkının inşasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu tarixi Qələbəni bizə bəxş edən Azərbaycan əsgərinə eşq olsun”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

