Rusiyalı deputat: Ağdamda gördüklərim hərbi cinayətdir
06.05.2021 [08:30]
Biz Ağdamda keçmiş sovet məkanında məşhur olan Çörək muzeyinin qalıqlarını, həmçinin xəstəxanaların, mədəniyyət evlərinin, teatr binasının dağıntılarını gördük. Bu, vəhşilikdir. Bu, nifrət və ağılsızlığın təzahürüdür. Mən bu dərəcədə dəhşətli səhnələr görəcəyimi gözləmirdim. Adama elə gəlir ki, burada nüvə partlayışı olub. Burada gördüklərim hərbi cinayətdir. Bu, çox da uzaq olmayan bir tarixi əhatə edir və minlərlə insanın ölümünə səbəb olub.
Bu sözləri mayın 5-də Ağdamda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
D.Savelyev deyib ki, insanlar burada nə baş verdiyini görməlidirlər: “Tarixi abidələr dağıdılıb, biz indi bunları görürük. Bütün bunlar çox dəhşətlidir. Mənə həmkarlarım bu barədə danışmışdılar, ilk dəfə fotoşəkillərdə bu dəhşətli mənzərəni görmüşdüm. Ancaq həmin mənzərəni canlı görəndə, hisslərini ifadə edə bilmirsən. Bu, talançılıqdır, kanalizasiya borularını belə çıxarıblar”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri qeyd edib ki, hər yerdə minalanmış sahə nişanları qoyulub. “Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Aydındır ki, onlar bu hərəkətləri ilə vaxtilə bu ərazini tərk etməyə məcbur olmuş insanların geri qayıtmasına mane olmağa çalışırlar. Bu addım açıq formada Ermənistanın siyasi rəhbərliyinin mövqeyini göstərir. Bu, tamamilə qeyri-konstruktiv addımdır”, - deyə o bildirib.
D.Savelyev deyib ki, artıq sülh yolu ilə irəliləmək lazımdır: “Müharibə qurtarıb, əraziləri bərpa etmək, sülh şəraitində yaşamaq lazımdır. Ermənistanın iqtisadiyyatına baxın, insanlar ölkəni tərk edir. İşğalla əlaqədar Ermənistan blokada vəziyyətindədir. İndi iqtisadi əməkdaşlığı inkişaf etdirmək, bu ərazilərdə həyatı yenidən dirçəltmək lazımdır. Buna görə də Ermənistandan konstruktiv, sağlam addımlar gözləyirik. Bu ərazilərin hamısı minalardan təmizlənməlidir”.
O, Ağdamın yenidən abad şəhərə çevriləcəyinə əminliyini ifadə edib: “İnanırıq ki, qarşıdakı illərdə burada yeni müasir şəhər salınacaq, didərgin düşmüş əhali öz yerlərinə dönəcək. Burada yenə də həyat qaynayacaq, küçələrdə uşaqların gülüş səsləri eşidiləcək”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

