/ / Peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək lazımdır
Peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək lazımdır
09.05.2021 [00:37]
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Hazırda əhalinin vaksinasiyası həyata keçirilir və Azərbaycan bu prosesə dünyada birincilər sırasında başlayan ölkələrdəndir. Mütəxəssislərin fikrincə, əhalinin peyvəndlənməsi tədbirini çox qısa müddətdə və kütləvi şəkildə həyata keçirmək lazımdır. Buna görə də vətəndaşlar koronavirusla mübarizədə də həmrəylik göstərməli, karantin tədbirlərinə əməl etməklə yanaşı, vaksinasiya prosesində də çox aktiv olmalıdırlar.
Öz növbəsində, Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Rəna Qasımova bildirib ki, COVID-19 xəstəliyini keçirənlərdə adətən bir daha xəstəliyə yoluxmayacağı ilə əlaqədar arxayınlıq yaranır. Bu, qətiyyən düzgün deyil. Onun sözlərinə görə, xəstəliyi bir dəfə keçirənlərin ikinci dəfə koronavirusa yoluxması halları mövcuddur: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, COVID-19 infeksiyasına yoluxanların orqanizmində yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir. Birinci dəfə yoluxandan sonra əmələ gələn həmin anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və infeksiyaya təkrar yoluxmaq təhlükəsi yaranır. İkinci dəfə infeksiyaya yoluxanlar xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olanlar, xüsusilə də yaşlılar və əvvəllər koronavirusa yoluxmayanlar üçün təhlükə yaratmış olurlar”.
Həkim onu da qeyd edib ki, COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur: “Bununla bərabər, güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır. Peyvənd vurduranlar isə qətiyyən arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər: tibbi maska taxılmalı, əlləri tez-tez yumalı və yaxud spirtlə silməli, sosial məsafə saxlamalı, tünlük yerlərdən və kütləvi tədbirlərdə mümkün qədər uzaq olmalıdırlar”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

