Nərimanov Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib
20.05.2021 [09:31]
Mayın 19-da Bakının Nərimanov rayonunda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Ağsaqqallar Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şuranın sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, qurumun böyük məsləhətçisi Kamal Əliyev və rayon ağsaqqalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edilib. Ölkəmizdə ağsaqqalların ictimai həyatda tutduqları mühüm mövqedən, o cümlədən yerli ağsaqqalların Nərimanov rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açılıb. Qeyd olunub ki, Azərbaycanda ağsaqqal sözü hər zaman böyük əhəmiyyət daşıyır.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verən Şuranın sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov qeyd edib ki, milli mentalitetimizdə, xalqımızın mənəvi dünyasında ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı hesab olunub. Bildirilib ki, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizin, xüsusilə də gənclərimizin vətənpərvərlik, milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi önəm verir, bu sahədə bilik və bacarıqlarını əsirgəmirlər. Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara verdiyi yüksək dəyərdən söhbət açan Eldar İbrahimov deyib ki, hazırda Azərbaycan Ağsaqqallar Şurası sədr, Milli Məclisin deputatı, professor Eldar Quliyevin başçılığı ilə məhsuldar fəaliyyətini uğurla həyata keçirir. Natiq çıxışında, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, şanlı Ordumuzun şücaəti sayəsində 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasından qürurla danışıb.
Sonra təşkilati məsələlər müzakirə edilib. Nərimanov Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul olunub. Şəhid atası Arif Hümbətov Şuranın sədri seçilib.
Konfransda, həmçinin rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.
Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Arif Hümbətov ona və digər üzvlərə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün daha böyük əzmkarlıqla fəaliyyət göstərəcəklərini bildirib.
Sonda Eldar İbrahimov və digər natiqlər Nərimanov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

